İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəmkirə narkotiklə gedən Gəncə sakini saxlanıldı – VİDEO

1164 01.06.2016 21:27 Kriminal A A
Uzun illərdir avtomobil təmiri ilə məşğul olan Gəncə sakini Şəmkirdə polis tərəfindən saxlanılıb. Özü də çətənə kolları ilə birlikdə.

Kəpəz TV (Region TV) xəbər verir ki, Şəmkir polisinə Gəncə sakini, 51 yaşlı Rizvan Abbasovun rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olub. Əməliyyat tədbirlərinə başlayan polis şəxsi rayonun Təzəkənd kəndi ərazisində saxlayıb.

Qurban Qurbanov- müstəntiq: “Şəmkir Rayon Polis Şöbəsinin inzibati binasında Rizvan Abbasovun əlindəki iki ədəd torbaya baxış keçirilən zaman oradan ümumi çəkisi 2 kiloqram 310 qram olan çətənə kolları aşkar edilərək götürülüb”.

Rizvan Abbasov narkotiki şəxsi istifadəsi üçün yol kənarından topladığını deyib. Əməlindən peşman olduğunu bildirən avtomobil ustası, onu tanıyanlara salam söyləməyi də unutmayıb.

Rizvan Abbasov- saxlanılan şəxs: “Yolla keçirdim. Gördüm yaşıllıqdır. Torbaya yığıb doldurdum ki, çəkim. Getmək istəyirdim, iş belə alındı. Özümünkülərə, məni tanıyanlara salam deyirəm. Gəncənin 70 faizi məni tanıyır”.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR