İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda intihara cəhdin qarşısı alındı - Yenilənib

4668 20.04.2016 23:38 Kriminal A A
İntihara cəhd edən 1975-ci il təvəllüdlü Quliyev Elçin Arif oğlu xilas edilib. 

O, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsində bildirib ki, Bazarstore marketinin mühafizəçiləri ilə mübahisə edib və mühafizəçilərin itələməsi nəticəsində telefonunun ekranı sınıb. Babək prospektində tunelin üstünə çıxan Elçin Quliyev DİN-in 102 xidmətinə zəng edərək, özünü atacağını bildirib. O, yeni telefon tələb edib.

Faktla bağlı araşdırma aparılır.

***

Bakıda təxminən 40-42 yaşlarında kişi intihar edəcəyini bildirir. 

Musavat.com xəbər verir ki, sərxoş kişi Babək prospektində özünü tunelə atacağı ilə hədələyir. O, telefonunun ekranının sındığını deyir və yeni "iPhone" istəyir.

Hadisə yerinə FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. Hazırda intihar etmək istəyən şəxsi fikrindən daşındırmağa çalışırlar.


Musavat.com



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR