İnsanlara hürriyət, millətlərə istiqlal!

Kürdəmirdə oğurluq edən şəxslər tutulub

540 02.03.2016 00:40 Kriminal A A
Kürdəmirdə oğurluq edən şəxslər tutulub.
 
APA-nın xəbərinə görə, Karrar kənd sakini İsbəndiyarova Mayisə Mənsumalı qizı ona məxsus 1 baş, Cəyli kənd sakini Xanaliyev Vidadi Tapdıq oğlu isə ona məxsus  2 baş iri buynuzlu heyvanın oğurlanması barədə Rayon Polis Şöbəsinə məlumat veriblər.
 
Məlumat əsasında Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən  rayonun Qaracaqqalı kənd sakinləri 28 yaşlı    Məmmədov Cavad Cavan oğlu və onun həmyaşıdı  Abdullayev Cabir Saləddin oğlu  tutularaq istintaqa təhvil veriliblər.
 
İlkin dindirmə zamanı məlum olub ki, saxlanılan şəxslər M. İsbəndiyarovaya məxsus inəyi Ağsu bazarında tanıdıqları şəxsə 590 manata , digər iki baş heyvanı isə 350 manata tanımadıqları şəxsə satıblar. Oğruların tanıdıqları şəxsə satdıqları heyvan geri alınaraq sahibinə qaytarılıb. 
 
Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR