İnsanlara hürriyət, millətlərə istiqlal!

İkiqat Azərbaycan çempionu Gəncədə öz maşınında güllələnib - FOTOLAR

7711 21.02.2016 13:12 Kriminal A A
Azərbaycanda gənc idmançı dünyasını dəyişib. 

Musavat.com xəbər verir ki, kikboks üzrə ikiqat Azərbaycan çempionu Elmir Cəlilov vəfat edib.

Bu barədə deputat, Azərbaycan Kikboksing Federasiyasının prezidenti Adil Əliyev Facebook-da yazıb. O, gənc idmançının ölümünün səbəbini açıqlamayıb. 

Azərbaycan Kikboksinq Federasiyası mərhum idmançının ailəsinə başsağlığı verib.

Musavat.com-un əldə etdiyi məlumata görə, 32 yaşlı idmançı qətlə yetirilib. 

Hadisə Gəncədə baş verib. Şəhərin Əttarlar küçəsində, "Kəpəz" mehmanxanasının qarşısında Elmir Cəlilov öz avtomobilində güllələnib.

Musavat.com


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR