İnsanlara hürriyət, millətlərə istiqlal!

Dostu ilə əlbir olub narkotik əkən şəxs 1,4 kq marixuana ilə tutuldu – VİDEO

877 25.08.2016 19:36 Kriminal A A
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində Lənkəranda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Şamil Muradxan oğlu və Kərgəlan kənd sakini, 31 yaşlı Abbasov Siyavuş Zakir oğlu saxlanılıb.

CTV (Region TV) xəbər verir ki, əməliyyat tədbirləri zamanı Siyavuş Abbasovun idarə etdiyi “VAZ – 21 07” markalı avtomaşına baxış keçirərkən oradan selofan torbaya bükülmüş 40 ədəd kibrit qutusunun içərisində 150 qram narkotik vasitə olan marixuana aşkar edilib

Siyavuş Abbasovun yaşadığı Kərgəlan kəndindəki evinə baxış zamanı isə daha 1 kiloqram 260 qram marixuana aşkarlanaraq, maddi sübut kimi götürülüb.

Araşdırmalar zamanı məlum olub ki, aşkar edilən, ümumi çəkisi 1kiloqram 400 qramdan çox olan marixuananı Siyavuş Abbasov əvvəlcədən əlbir olaraq Şamil Əliyevin yaşadığı Lərgəlan kəndindəki həyətyanı sahəsində əkib-becəriblər.

Faktla bağlı istintaq tədbirləri davam etdirilir.


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR