İnsanlara hürriyət, millətlərə istiqlal!

DƏLƏDUZLUQ, XULİQANLIQ, TUALETDƏ MEYİT VƏ MƏCBURİ SEKS...

6157 29.03.2009 21:07 Kriminal A A

KEÇMİŞ ARVADINI DÖYÜB POLİSƏ DÜŞDÜ

Bakının Yasamal rayonunda keçmiş həyat yoldaşını döyən 28 yaşlı şəxs polis bölməsində xuliqanlıq edib. Musavat.com-un məlumatına görə, martın 27-dən 28-nə keçən gecə saat 23 radələrində  Ş. Bədəlbəyli küçəsində yaşayan Ayaz Əbülfəz oğlu Ağamalıyev keçmiş həyat yoldaşı  26 yaşlı Vəfa Zakir qızı Süleymanovanı döyməsi ilə bağlı Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsinə aparılıb.
A. Ağamalıyevin polis bölməsində olarkən bölmənin qapılarına, divarlarına təpik vuraraq xuliqanlıq edib və iş rejimini pozub. Məlum olub ki, A.Ağamalıyev bölməyə aparılarkən sərxoş vəziyyətdə olub. Onun törətdiyi hadisə ilə bağlı toplanan materiallar araşdırılması üçün rayon prokurorluğuna göndərilib.

AVTOMOBİLİNİ GİROV QOYUB, PULUNU MƏNİMSƏYİBLƏR

Bakı sakini dələduzluqla rastlaşıb. Səbail rayon Polis İdarəsindən musavat.com-a verilən məlumata görə, Bakı sakini 1977-ci il təvəllüdlü Səid Ağayev polisə müraciət edərək bildirib ki, Tovuz sakini  Üzeyir Əliyev 2007-ci ildə onun ehtimadından istifadə edərək avtomobilini “Respublika” bankının  “Azneft” filialına girov qoyaraq bankdan 8400 dollar pul çıxarıb və mənimsəyib. Hazırda faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.


RESTORANIN TUALETİNDƏN MEYİT TAPILIB

Bakıdakı restoranların birinin tualetində kişi meyiti aşkar edilib. Binəqədi rayon Polis İdarəsindən musavat.com-a daxil olan məlumata görə, martın 27-də saat 11 radələrində S.Axundov küçəsində yerləşən “Cıdır düzü” restoranının tualetində kişi meyiti aşkar edilib. Müəyyən edilib ki, ölən şəxs həmin küçədə yaşayan 29 yaşlı Binyaminov Teymur Yuriyeviçdir. Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Hazırda faktla bağlı araşdırma aparılır.

28 YAŞLI QADINA QARŞI MƏCBURİ SEKS

Neftçala rayonunda 28 yaşlı qadına zor tətbiq edərək onu seksual xarakterli hərəkətlər etməyə məcbur ediblər. Müsavat.com-a daxil olan məlumata görə, Neftçala rayonunun Banka qəsəbəsinin sakini Xatirə Qarayeva (ad və soyad şərtidir) polisə müraciət edərk bildirib ki, mart ayının ilk günlərində İmişli rayon sakini 40 yaşlı Mirsəfər Miri oğlu Miriyev adıçəkilən qəsəbədə ona zot tətbiq edərək seksual xarakterli hərəkətlər etməyə məcbur edib. Faktla bağlı araşdırma aparılır.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR