İnsanlara hürriyət, millətlərə istiqlal!

“Kişisən, get kişilik məktəbini KEÇ!” - ödənişli hərbi xidmətə Bakı sakinlərindən ETİRAZ

2385 02.02.2024 18:56 Video A A

“Ölkəmizdə hərbi xidmətdən keçmə qaydalarına dəyişiklik edilə bilər”.

Bunu Milli Məclisin fevralın 1-də keçirilən iclasında deputat Elnur Allahverdiyev deyib.

Deputat bildirib ki, hərbi xidmət bir il yarım, yaxud ali təhsilli vətəndaşlar üçün bir il müddət təşkil edirsə, buna alternativ olaraq büdcəyə vəsaitin ödənilməsi müqabilində xidməti 2 və ya 6 ay müddətində keçmək olar. 

Qeyd edək ki, bir çox ölkələrdə bu təcrübədən istifadə olunur. Hətta bəzi ölkələrin, o sırada Ermənistanın qanunvericiliyi böyük təzminat qarşılığında hərbi xidmətdən tam imtinanı da mümkün sayır.

Doğrudur, Azərbaycan hələ də Ermənistanla müharibə vəziyyətindədir, çünki sülh müqaviləsi imzalanmayıb. Ancaq bu da var ki, Azərbaycan peşəkar ordu quruculuğuna kurs götürüb.

Bəs Elnur Allahverdiyevin təklifi reallaşa bilərmi? Vətəndaşlarımız deputatın bu təklifini necə qarşılayır?

TV Musavat-ın əməkdaşları bu suallarla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.

Hazırladığımız videosorğunu təqdim edirik:

Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR