İnsanlara hürriyət, millətlərə istiqlal!

“Kentavr” ləqəbli Orduxan Teymurxan necə Rusiya agenti oldu – sensasional məlumatlar

32477 27.09.2018 08:15 Gündəm A A

Avropadakı “söyüş makinası” GRU-nun himayəsi altındadır və rus hərbi kəşfiyyatçıları tərəfindən yönəldilir; Orduxan və qardaşları birinci Qarabağ savaşı zamanı hərbi əməliyyatlarda, o cümlədən doğma yurdu Cəbrayılın müdafiəsi uğrunda gedən döyüşlərdə niyə iştirak etməyiblər...

Onun haqqında cəmi bir məqalə yazdıq və Orduxan bütün tarazlığını itirib. Onluğa vurmaq deyirlər, ‘’Yeni Müsavat’’ bu yalançı, özündənqəhramanı cəmi bir yazı ilə bu cür vurub. Günlərdir ‘’…yalançının’’, deyə küçə uşağı kimi, sosial şəbəkələrdə bar-bar bağırır. Qəzetimizi, bu yazının müəllifini və daha çox da Media Qrupumuzun rəhbəri Rauf Arifoğlunu leksikonundakı ən kəskin ifadələrlə təhqir edir, özü kimi bir neçəsini də başına yığıb, şüvənlik salır. Bu adam xeyli müddətdir nyu-medianın verdiyi imkanlardan istifadə edib, dövlət və müxalifət liderlərini, fəallarını söyür, təhqir edir, böhtan atır, insanların ailə üzvlərini hədəfə alır. Özü haqda isə bircə tutarlı məqalədən panikləyir, özünü efirdən buraxır…

‘’Yeni Müsavat’’ bəyan edir ki, Orduxan Temirxan haqda yazdığımız yazılar, orada irəli sürülən iddialar doğrudur, qarşımızda Rusiya xüsusi xidmətlərinin bir agenti var, onu hər gün efirə çıxardıb, Azərbaycana doğru qısqırdırlar. Bu iqtidardan narazı olanlara Orduxanın bəzi çıxışları xoş gələ bilər, lakin hər kəs bilməlidir ki, ‘’borzu-borzu’’ danışan bu uzunsaç oğlan bir agentdi, vətən xainidi, onu danışdırır və Azərbaycana qarşı istifadə edirlər.    

****

O, heç zaman heç bir mübarizə prosesində olmayıb. Nə bu iqtidara qarşı, nə erməni işğalçılarına qarşı heç bir vaxt mübarizə aparmayıb. Onu qəfildən Azərbaycana qarşı çirkin kampaniyalara qoşublar. Üzü 90-lardan bu yana, ta 2015-ci ilə qədər nə Azərbaycanda hakimiyyətlə siyasi mübarizə aparan təşkilatlarda görən olub, nə də bir mitinqdə iştirakı qeydə alınıb. Ümumiyyətlə, ömrünün xeyli hissəsini Rusiyada keçirən bu adamın birdən-birə Avropada peyda olub, Azərbaycan dövlətinə qarşı mənəvi terrora başlaması ilk gündən şübhələrə yol açmışdı. Bu cür təxribat xarakterli davranış taktikası adətən, xüsusi xidmət orqanlarına işləyən adamlar tərəfindən həyata keçirilir. Elə isə haqlı suallar yaranmışdı: Axı bu Orduxan kimdir? Haradan peyda oldu? Onu kim və ya kimlər danışdırır? Məqsəd nədir? Bu şəxs haradan maliyyələşdirilir və təlimatlandırılır? Bu suallara təbii ki, hər zaman düşündürücü olub.

Uzun müddətli araşdırmalar və dəqiqləşdirmələrdən sonra bu adamı tam ifşa edəcək mötəbər məlumatlar əldə etmişik. Təsdiqini tapan bu məlumatlardan aydın olur ki, Orduxan Bəbirov hələ çox uzun illər əvvəl Azərbaycan milli-azadlıq hərəkatına qarşı istifadə məqsədilə keçmiş sovet hərbi kəşfiyyatı tərəfindən konfidensial əməkdaşlığa cəlb edilib.

Onun Azərbaycana qarşı hələ 1987-89-cu illərdən hazırlandığı haqda müfəssəl bilgiləri birinci yazıda təqdim etmişdik.

(LİNK BURADA)

http://musavat.com/news/orduxan-teymurxan-rus-kesfiyyatinin-agenti-imis-sensasion-ve-moteber-faktlar_557174.html

Bu yazıda isə onun kəşfiyyat orqanlarının diqqətinə nə zaman və necə düşməsi, Azərbaycana qarşı düşmənçiliyinin səbəbləri, xüsusi xidmət orqanlarının nəzarəti altında Rusiyadakı azərbaycanlılara qarşı həyata keçirdiyi kriminal fəaliyyətinə dair bəzi məlumatları təqdim edəcəyik.

***

İkinci yazı:

...Orduxan Bəbirovun Ukraynada sovet qoşunlarında - 98-ci hava-desant diviziyasında xidmətə başlamasının özü də ayrılıqda bir detal olaraq təsadüfi sayıla bilməz. Belə ki, həmin dövrdə azərbaycanlıların sovet ordusunun elit qoşun növlərində xidmət keçməsinə çox nadir hallarda imkan verilirdi. Azərbaycanlıları belə sirli yerlərə yaxın belə buraxmır, soydaşlarımızı əsasən “stroybat”a, yaxud digər qeyri-döyüş hissələrinə göndərirdilər. Təcrübə göstərir ki, SSRİ Müdafiə Nazirliyinin rəhbərləri ancaq hərbi kəşfiyyat orqanlarının nəzər dairəsinə düşmüş şəxslərə münasibətdə müəyyən istisnalar edib. Bu şəxslər isə heç də təsadüfən seçilməyiblər; xüsusi olaraq bu kontingent əsasən xarici dövlətlərlə həmsərhəd rayonlarda yaşayan, idman-döyüş növlərinə maraq göstərən, aztəminatlı ailələrin təmsilçiləri, habelə karyera perspektivi yüksək olmayan gənclərin arasından seçilirdi. Bu parametrlər isə Orduxana müvafiqdir...

ordu1.JPG (20 KB)

Məntiq və müşahidələr, əldə olunan məlumatlar, təcrübə isə onun özünün də sosial şəbəkə statusunda qeyd etdiyi kimi, 6 yaşından “ciddi idman”la məşğul olmuş, İranla sərhəd bölgədə yaşayan, orta təhsilli və aşağı sosial statuslu Cəbrayıl sakini O.Bəbirovun hələ Horovlu kənd orta məktəbində oxuyarkən, çağırışçı kimi qeydiyyata alınma prosesində sovet təhlükəsizlik orqanlarının diqqətini konfidensial əməkdaşlığa potensial namizəd qismində cəlb etdiyini göstərir. Bilgili mənbə qeyd edir ki, o, məhz bu səbəbdən məlum hərbi hissəyə xidmətə göndərilib.

“Desantçı-paraşütçü” Orduxan Bəbirov müddətli hərbi xidmətini başa vurduqdan və xüsusi təlim keçdikdən sonra ələ alınmış agent kimi, onun RF-in müxtəlif şəhərlərində, o cümlədən Rusiyanın ən böyük limanlarından birinin yerləşdiyi Murmansk şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə, o cümlədən azərbaycanlılara qarşı “reket” əməliyyatlarında iştirakına şərait yaradılıb”

Orduxanın özü haqda paylaşdığı statuslardan da aydın olur ki, 1987-1989-cu illərdə 98-ci “ВДВ” diviziyasında onun fiziki və döyüş hazırlıqları inkişaf etdirilib. Bu isə onu deməyə əsas verir ki, o, bəlli qaydada yetişdirildikdən sonra praktiki tapşırıqların icrasına, xüsusi ilə də  hərbi kəşfiyyata loyallığının, sədaqətinin yoxlanılması məqsədilə öz həmvətənlilərinə qarşı xüsusi əməliyyatlara cəlb olunub! Hətta Orduxanı tanıyan qaynaq bu iddianı da səsləndirir ki, Azərbaycan mənşəli olduğu üçün hələ 1988-ci ildə SSRİ hərbi əks-kəşfiyyat orqanlarının xətti ilə Azərbaycan DTK-dən  konfidensial əməkdaşlığa namizədliyi öyrənilən Bəbirovla bağlı “ilkin öyrənilmə materialları” sorğu edilib...

Görünür, bu fəaliyyətə cəlb edilməsi Orduxan Bəbirovun ürəyincə olub və o, hərbi xidməti başa vurduqdan sonra SSRİ-nin dağılmasından, o ərəfədəki qarışıqlıqdan istifadə edərək, geriyə - Azərbaycana qayıtmaqda maraqlı olmayıb. Hansı ki, həmin dönəmdə əksər vətənpərvər azərbaycanlılar sovet ordusunda qulluqdan imtina edərək, vətənə dönürdülər...

Orduxan haqda kifayət qədər məlumatlı olan mənbə bildirir ki, Orduxan Bəbirov hərbi xidmətini başa vurduqdan sonra ondan sovet xüsusi xidmət orqanları tərəfindən müxtəlif məqsədlərlə istifadə olunub, təlim keçmiş agent kimi bu qəbil fəaliyyəti indiyədək davam edir. Bu proses isə bəlli qayda üzrə həyata keçirilib: konfidensial əlaqənin saxlanılması, daha da möhkəmləndirilməsi, o cümlədən xüsusi xidmət orqanından asılılığının yaradılması məqsədilə O.Bəbirovun Rusiyada qanunazidd fəaliyyətlərə cəlb edilməsi qərara alınıb.

ordu3.JPG (33 KB)

1988-1991-ci illərdə Azərbaycanın ağır, həssas günlərində, ictimai-siyasi həyatında ciddi proseslərin getməsi, o cümlədən Ermənistanın Dağlıq Qarabağla bağlı iddialar irəli sürməsi fonunda O.Bəbirov Sovet hərbi kəşfiyyatındakı kuratorunun tapşırıqlarının icrasını “uğurla” davam etdirib. Orduxanın da vaxtilə xidmət etdiyi 98-ci diviziyanın da iştirakı ilə törədilmiş 20 yanvar faciəsi və xalqımıza qarşı kütləvi silahlı zorakılıq ilə əlaqədar SSRİ-nin müxtəlif yerlərində yaşayan azərbaycanlıların həmin dövrdə etiraz aksiyaları təşkil etməsinə, hərbi xidmət yerlərini tərk edərək Vətənə dönməyə cəhdlər göstərmələrinə baxmayaraq, Bəbirov sovet hakimiyyətinə loyallığını qoruyub və orada sevgi-sayğı ilə missiyasını davam etdirib...

ordu2.JPG (21 KB)

Daxil olan məlumatlara əsasən, Orduxanın 20 Yanvar faciəsi zamanı Bakıda olması da təsadüfi olmayıb. O, 98-ci diviziyanın 217-ci alayının  fəaliyyətinə dəstək məqsədilə Bakıya göndərilib. Oxucularımız üçün sirr olmamalıdır ki, hərbi bölmələr hara gedirsə, onların “gözü”, “qulağı”, yəni hərbi kəşfiyyatın agenturası da həmin əraziyə yönləndirilir. Agentura ərazidən məlumatların toplanılması və əməliyyat bölgəsindəki vəziyyətə təsir göstərilməsi üçün istifadə edilir. Bu baxımdan 20 yanvar hadisələri zamanı Orduxanın əsas vəzifəsi barrikadaların qurulduğu ərazilərdə aparıcı rola malik olan milli-azadlıq fəalların müəyyənləşdirilməsi və həmin şəxslər barədə öz kuratorunu məlumatlandırılması olub. Daha dəqiq desək, O.Bəbirov yerli sakin kimi sovet ordu bölmələrini zəruri kəşfiyyat məlumatları ilə təmin edib.

Burada bir məqamı qeyd edək ki, zaman-zaman Rusiyada azərbaycanlılara qarşı cinayətlər törədən qruplaşmalarda azərbaycanlıların yer alması faktlarına rast gəlinib. İndi aydın olur ki, bu kriminal mahiyyətli soydaşlarımız Orduxan Bəbirov kimilər, yəni rus kəşfiyyatının agentləri olublar...

Bilgili mənbə qeyd edir ki, “desantçı-paraşütçü” Orduxan Bəbirov müddətli hərbi xidmətini başa vurduqdan sonra ələ alınmış agent kimi, onun Rusiya Federasiyasının müxtəlif şəhərlərində, əsasən Baş Kəşfiyyat İdarəsinin maraq dairəsində olan ərazilərdə, eləcə də Rusiyanın ən böyük limanlarından birinin yerləşdiyi Murmansk şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə, o cümlədən azərbaycanlılara qarşı “reket” əməliyyatlarında iştirakına şərait yaradılıb. Bu prosesdə himayədarlarının dəstəyi ilə o, özünün də ilkin kapitalını toplamağa nail ola bilib...

Murmansk şəhərinin əsas fəaliyyət zonası kimi seçilməsi də təsadüfi deyil. Murmansk vilayəti Keçmiş SSRİ-nin Şimal donanmasının qərargahının və əsas hərbi hissələrinin yerləşdiyi ərazi olub. Atom sualtı qayıqları da donmayan limanlara malik olan bu bölgədə dislokasiyası edilib. Şimal donanmasının aviasiyası, o cümlədən uzaq mənzilli raketdaşıyıcı aviasiya vasitələri də bu ərazidə yerləşdirilib. Bir fakt da maraqlıdır ki, həmin dövrdə Murmansk vilayətində SSRİ Müdafiə Nazirliyinin tabeliyində olan 5 qapalı inzibati-ərazi vahidi fəaliyyət göstərib.

Murmansk vilayətinin sovetlərin Qərbə qarşı mümkün hərbi əməliyyat plasdarmı kimi hərbi-strateji əhəmiyyət daşıması ilə əlaqədar, həmin ərazilər GRU-nun “təhlükəsizlik çətiri” altında olub.  

Bu baxımdan Orduxan kimi agenturadan əhalinin fəaliyyətinə nəzarət etmək üçün istifadə edilib. Xatırlayırsınızsa, “perestroyka” ilə əlaqədar bacarıqlı azərbaycanlılar SSRİ-nin bütün ərazilərində özlərinin ticarət şəbəkələrini yaratmağa, kooperativlər formasında kiçik sahibkarlıq fəaliyyətlərini inkişaf etdirməyə başlamışdılar. Qərblə əlaqələrin qurulması baxımından əlverişli olan Murmansk, xüsusən bu şəhərdəki liman Avropadan “defisit” malların gətirilməsi üçün əsas kanallardan biri hesab edilirdi. Məhz bu amilə görə GRU Orduxanı “delovoy” azərbaycanlıların xaricilərlə təmaslarına nəzarət etmək, zəruri olduğu təqdirdə isə belə əlaqələrdən hərbi kəşfiyyatın mənafeləri baxımdan istifadə etmək üçün Murmanskdakı azərbaycanlı icmasına “yeritmişdi”…  

Orduxan Bəbirov açıqlamalarında özünün “vətənpərvər” obrazını da yaratmağa cəhdlər edir.  Amma fakt bundan ibarətdir ki, yüksək fiziki və döyüş hazırlığı bacarıqlarını tez-tez xatırladan Orduxan Bəbirov, eləcə də onun qardaşları birinci Qarabağ savaşı zamanı hərbi əməliyyatlarda, o cümlədən doğma yurdu Cəbrayılın müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etməyiblər. Buna baxmayaraq, Orduxan özünün və qardaşlarının hərbi əməliyyatlarda iştirakı barədə yalan məlumatlar yayır.

ordu.JPG (44 KB)

Həmçinin, o, bəzi hallarda özünü “köhnə cəbhəçi” kimi də təqdim etməyə, Əbülfəz Elçibəy faktorundan, milli-azadlıq hərəkatının ideologiyasından yararlanmağa cəhdlər edir. Amma maraqlıdır ki, nə o özü, nə də qardaşları Əbülfəz Elçibəy hakimiyyəti dövründə də vətənin müdafiəsinə qoşulmayıblar. Bəzən isə o, bilərəkdən, yaxud saxtakarlığını gizlədə bilməyərək, sosial şəbəkə yazışmalarında Qarabağda döyüşməmələrini həmin dövrdə “oyun oynanılması” ilə əsaslandırmağa çalışır. Özünü guya kənardan kömək edən “qəhrəman” olaraq tanıtmaq kimi abırsızlığa da əl atır. Belə ki, o, statuslarından birində  qardaşlarının döyüşlərdə iştirak etdiyini, özünün isə pul qazanaraq onlara dəstək verdiyi, xaricdən gətirdiyi maşınlarla “snaryad” daşıdıqları barədə əfsanələr də uydurur. Bu “maşın”ların isə “mersedes”, “ford” və “jiquli” kimi minik avtomobilləri olduğunu o, özü açıqlayır. Siz bu maşınlarda “snaryad” daşınmasını təsəvvürünüzə gətirin bir anlıq…  

Amma əldə etdiyimiz məlumatlar təsdiqləyir ki, Orduxanın qardaşları – 1959-cu il təvəllüdlü Şakir Bəbirov və 1966-cı il təvəllüdlü Bəbir Bəbirovun  ümumiyyətlə, Azərbaycan Silahlı Qüvvələrində iştirakı qeydə alınmayıb. Baxmayaraq ki, Bəbir Bəbirov hələ 1988-ci ildə Ukraynada, Xarkov Universitetində radio-elektronika ixtisası üzrə hərbi kafedranı bitirmiş və “leytenant” hərbi rütbəsində ehtiyata buraxılmışdı...

Bəzi məlumatlara görə, Bəbir Xarkovda təhsil aldığı dövrdə sovet xüsusi xidmət orqanları (KGB) tərəfindən məxfi əməkdaşlığa cəlb edilmişdi…

Onun qardaşları Şakir və Bəbir hazırda xarici ölkələrdə -  biri Türkiyədə, digəri Qazaxıstanda yaşayır. 

Orduxan Bəbirovun böyük qardaşı – 1953-cü il təvəllüdlü Xanlar isə 21.03.1993-cü ildən etibarən Müdafiə Nazirliyi sistemindəki tibb müəssisələrində (əsasən Bakıda yerləşən) çalışıb. 1998-ci ildə xəstəliyə görə tibb xidməti mayoru kimi ehtiyata buraxılıb. Bu şəxsin Dağlıq Qarabağda fəal əməliyyatlar dövründə təmas xəttində və ya əməliyyat bölgəsində xidmətdə olması barədə hər hansı məlumat və şahid, döyüş yoldaşları yoxdur.

Göründüyü kimi, “desantçı-fərari-agent” Orduxan həm də yalan məlumat yaymaq sahəsində “peşəkar”dır...

Mənbəmiz bildirir ki, 1989-cu ildə Orduxanın konfidensial əməkdaşlığa cəlb edilməsi prosesinin yekunlaşması səbəbindən, yəni hərbi xidmət dövründə özünü bir agent kimi təsdiq edə bildiyindən onunla davamlı əməkdaşlığa qərar verilib. Əldə olunmuş informasiyaya görə, hələ 1990-cı ildə bu şəxsin sənədləri sorğu əsasında Cəbrayıl rayon hərbi komissarlığı tərəfindən keçmiş SSRİ Müdafiə Nazirliyinə göndərilib. Mövcud məlumatlara görə, O.Bəbirov “Kentavr” ləqəbi ilə keçmiş sovet hərbi kəşfiyyatının agentura aparatına daxil edilib.“Mərkəz”lə Orduxanın fəaliyyətini isə özünü “Pavel” kimi təqdim edən şəxs əlaqələndirir.

Orduxan səni deyirlər ile ilgili görsel sonucu

Onun Rusiyada kəşfiyyat orqanlarının verdiyi təlimatlardan və icazələrdən kənara çıxaraq sırf öz şəxsi-maddi maraqları üçün müxtəlif dələduzluqlar etməsi, bir çox rus qadınları aldadıb onların mülklərini mənimsəməsi haqda da mənbəmiz məlumatlar verib.

Qeyd etmək istərdik ki, Orduxan Bəbirovla bağlı araşdırmalar zamanı Avropada məskunlaşmış daha bir şəxs barədə bəzi “həssas” məlumatlar diqqətimizi çəkib. Həmin kəs Azərbaycanda təzyiqlərə məruz qalmasını, o cümlədən həbs edilməsini bəhanə gətirərək, hazırda Almaniyada məskunlaşıb. Orduxanla sıx əlaqələri olan bu “intellektual” mütəmadi olaraq Azərbaycan milli azadlıq hərəkatının görkəmli təmsilçilərinə, eləcə də ölkədəki ənənəvi müxalif siyasi qüvvələrə qarşı “qarayaxma” kampaniyalarının təşəbbüsçüsü kimi çıxış edir. O, “müstəqil və azad media orqanı” adı altında yaratdığı TV kanalını bu qəbil təbliğatlarda fəal istifadə edir. Oxucularımızın diqqətini əsas mövzudan yayındırmamaq üçün həmin “azərbaycanlı” barədə faktları sonradan açıqlayacağıq…  

screen.JPG (26 KB)

O.Teymurxanın Rusiyada reketlik etdiyi dövrdə “cızıqdan çıxması” və buna görə “cəzalandırılması”, ardınca kuratorları tərəfindən Avropaya çıxarılması və təyinatı üzrə orada Azərbaycana qarşı fəaliyyətə cəlb edilməsinin detalları haqda növbəti yazıda tanış ola biləcəksiniz. Bundan başqa, QRU-nun Avropada Orduxan Bəbirovdan mühacir biznesi,o cümlədən Azərbaycan və Türkiyə mənşəli bəzi mühacirlərin ələ alınması, nəzarətdə saxlanılması üçün fiqurant kimi istifadə etməsi haqda bilgiləri də həmin yazıdan oxuya biləcəksiniz.

Elşad MƏMMƏDLİ
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR