İnsanlara hürriyət, millətlərə istiqlal!

Keçən il dünyada 24 trilyon dollarlıq alver olub

415 11.04.2024 00:39 İqtisadiyyat A A

2024-cü ildə dünya əmtəə ticarətinin həcmi 2,6 faiz artacaq.

Musavat.com xəbər verir ki, bu, Ümumdünya Ticarət Təşkilatının (ÜTT) hesabatında əksini tapır. Qurum bildirir ki, 2025-ci ildə isə qlobal ticarətin həcmi daha 3,3 faiz artacaq.

Hesabata əsasən 2023-cü ildə qlobal ticarət 1,2 faiz azalıb.Təşkilatın iqtisadçıları qeyd edirlər ki, 2023-cü ildə əksər regionlarda, xüsusən Avropada, eyni zamanda Şimali Amerika və Asiyada real ifadədə idxal tələbi zəif olub: “Əsas istisnalar Yaxın Şərq və Müstəqil Dövlətlər Birliyidir (MDB), burada idxal kəskin artıb”.

Dollarla ifadə etsək, qlobal əmtəə ticarəti keçən il 5 faiz azalaraq 24,01 trilyon dollara düşüb. Azalma qismən xammalın, o cümlədən neft və qazın qiymətlərinin düşməsi ilə bağlıdır.

ÜTT-nin proqnozlarına görə, 2024-2025-ci illərdə inflyasiyanın tədricən azalması inkişaf etmiş iqtisadiyyatların əhalisinin real gəlirlərinin artımını və bununla da istehsal olunmuş məhsulların istehlakını stimullaşdıracaq: “2024-cü ildə artıq aydındır ki, dünya bazarında satılan mallara tələbat bərpa olunur. Bu, gəlir perspektivlərinin yaxşılaşması ilə əlaqədar əhalinin istehlakının artması ilə bağlıdır”.

ÜTT ekspertləri qeyd edirlər ki, 2023-cü ildə qlobal real ÜDM artımı bir il əvvəlki 3,1 faizdən 2,7 faizə qədər azalıb. Onlar bu göstəricinin 2024-cü ildə 2,6 faiz, 2025-ci ildə 2,7 faiz olacağını gözləyirlər.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR