İnsanlara hürriyət, millətlərə istiqlal!

İsraildə səfirliyimizin açılması diplomatiyamız üçün tarixi hadisədir

1129 28.03.2023 11:25 Media A A

Azərbaycan-İsrail dostluğunda yeni tarix yazılır

Yaxın günlərdə Azərbaycanın İsraildə səfirliyinin rəsmi açılış mərasimi olmalıdır. Qeyd edək ki, Azərbaycan İsraildə səfirlik, Fələstin ərazilərində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin açılmasına qərar verib. Muxtar Məmmədov Azərbaycan Respublikasının İsrail dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Martın 26-da Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov etimadnaməsini İsrail Prezidenti İsxak Herzoqa təqdim edib.

İsrail Prezidenti İsxak Herzoq Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. İsxak Hersoq bu barədə Twitter-də paylaşım edib. O bildirib ki, Azərbaycanın İsraildəki ilk səfiri Muxtar Məmmədovun etimadnaməsini təqdim etməsinə görə Prezident İlham Əliyevi təbrik edir: “Bu təyinat diplomatik münasibətlərin 30 illiyini qeyd etdiyimiz bir mərhələdə çox mühüm hadisədir”.

İsrailin Azərbaycandakı səfiri Corc Dikin isə Twitter hesabındakı paylaşımda 30 il əvvəl İsrailin Azərbaycandakı ilk səfiri Eliezer Yotvat etimadnaməsini prezident Heydər Əliyevə təqdim etməsini xatırladıb və qeyd edib ki, Azərbaycanın İsraildəki ilk səfiri Muxtar Məmmədovun etimadnaməsini Prezident İsxak Herzoqa təqdim edib. Tarix yazılır.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun isə İsrailə səfər edəcəyi gözlənilir. Bu barədə İsrailin “Ynet” nəşri məlumat yayıb. Bildirilir ki, XİN başçısı İsraildə Azərbaycan səfirliyinin açılışında iştirak edəcək. Diqqətə çatdırılıb ki, bu, Azərbaycanın xarici işlər nazirinin son 10 ildə İsrailə ilk səfəri olacaq. Ceyhun Bayramov İsrail Prezidenti İsxak Herzoq, baş nazir Benyamin Netanyahu və xarici işlər naziri Eli Kohenlə görüş keçirəcək.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, İsraildə səfirliyimizin açılış günü və nazir Ceyhun Bayramovun səfərinin tarixi bir neçə günə dəqiqləşəcək.

Aydın Hüseynov: Vətəndaşlar yaşadığı ünvan üzrə elektron qeydiyyata  düşməlidir - VİDEO

Aydın Hüseynov

Milli Məclisin deputatı Aydın Hüseynov “Yeni Müsavat”a bildirib ki, İsraildə Azərbaycan səfirliyinin açılması, səfirin fəaliyyətə başlaması iki dost ölkə arasında münasibətləri daha da genişləndirəcək. Azərbaycan-İsrail münasibətləri tarixi ənənələrə, dostluğa, bərabərhüquqlu əməkdaşlığa söykənir: “Azərbaycanın xarici siyasətində dünya ölkələri ilə qarşılıqlı etimada əsaslanan bərabəhüquqlu münasibətlərin qurulması prioritetdir. Bu siyasət nəticəsində ölkəmizin xarici əlaqələri, dostluq münasibətləri daim güclənir. Azərbaycana yaxın dost və tərəfdaş ölkələrdən biri də İsrail dövlətidir.  Azərbaycan və İsrail xalqları arasında dostluq əlaqələrinin qədim tarixi var. Bu xalqlar həmişə bir-birinin dilinə, dininə, mədəniyyətinə dərin hörmətlə, ehtiramla yanaşıblar. İsrail Azərbaycanla, Azərbaycan isə İsraillə tərəfdaşlıq, dostluq münasibətlərində daim maraqlı olublar. İsrail-Azərbaycan əlaqələri 30 ildə yüksələn xətt üzrə inkişaf edib. Əlaqələr Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra dərinləşib. İsrail 1992-ci il aprelin 7-də Azərbaycanın müstəqilliyini tanıyıb. Bu illər ərzində Azərbaycan və İsrail dövlətlərinin siyasi, iqtisadi, mədəni və hərbi sahələrdə sıx əlaqələri yaranıb. 1993-cü ildə İsrailin Azərbaycanda səfirliyi açılıb. Bu il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi yaddaqalan tədbirlərlə qeyd olunub. Bu gün qarşılıqlı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Dövlətlər arasında ikitərəfli əlaqələr xüsusi olaraq təhlükəsizlik məsələlərini, enerji ticarəti, iqtisadi əlaqələrini, mədəniyyət və təhsil sahələrini əhatə edir. Azərbaycanla İran arasında müdafiə sənayesi sahəsində çox səmərəli əməkdaşlıq uzun müddətdir qurulub. İsrail Azərbaycanın silah və yüksək texnologiyalarla bağlı əsas təchizatçısına çevrilib. Azərbaycanın İsraildən indiyə qədər təxminən 5 milyard dollar dəyərində silah və hərbi texnika aldığı artıq xeyli öncə rəsmi açıqlanıb”.

A.Hüseynovun sözlərinə görə, Azərbaycan və İsrail, xüsusilə hər iki dövlətin ən çox ehtiyac duyduğu sektorlarda əməkdaşlıq etməklə, bir-biriləri üçün əsas regional oyunçulara çevriliblər. Yeni iqtisadi, biznes və ticari əlaqələr qurulub. Azərbaycan-İsrail tərəfdaşlığında təhlükəsizlik məsələləri də ön sırada gəlir. Səfirliyimizin fəaliyyətə başlaması bütün qeyd olunan sahələrdə əməkdaşlığımıza töhfələr verəcək: “Azərbaycan-İsrail münasibətləri, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, uzun müddət əvvəl formalaşmış "yaxınlıq" mərhələsini keçib və yaxın dostluq, hətta qardaşlıq səviyyəsinə qədər yüksəlib, tarixi sınaqlardan çıxıb. 2020-ci ildə 44 günlük Vətən müharibəsində İsrail Azərbaycanın haqlı mövqeyini müdafiə etdi".

Deputat qeyd etdi ki, Azərbaycanın İsraillə dostluğu, əlaqələrinin inkişaf etdirilməsi üçüncü ölkəyə qarşı deyil: “Qonşu İran dövləti təəssüf ki, Azərbaycan-İsrail dostluğunu qəbul etmək istəmir və bu dostluğu özünə qarşı təhlükə sayır. Lakin Azərbaycan dəfələrlə bəyan edib ki, bizim İsraillə tarixi dostluq münasibətlərimiz, əməkdaşlığımız İrana qarşı deyil. Artıq xeyli müddətdir İran rejimi Azərbaycana qarşı təhdidlər, hədələr yağdırır. Bugünlərdə SEPAH Bakını açıq-aşkar hədələyib. İsraildə səfirliyimiz belə bir dönəmdə açılır. Yəqin ki, bu hadisə Tehran rejimini daha da aqressivləşdirəcək. Buna baxmayaraq, Azərbaycan doğru bildiyi yolda, öz maraqlarına cavab verən yolda davam edir və edəcək. Azərbaycan müstəqil xarici siyasət xəttini əsas götürən dövlətdir və bu, əslində Azərbaycanın özü ilə yanaşı, regionun da

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilmnəsimaraqlarına xidmət edir”. mövzusunda hazırlanıb. 

Hazırladı: Etibar SEYİDAĞA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR