İnsanlara hürriyət, millətlərə istiqlal!

İşğaldan azad olunan torpaqlarda kifayət qədər iqtisadi potensial var

1336 24.06.2022 08:10 KİVDF layihələri A A

Aydın Hüseynov: “2022-ci ilin ötən dövründə ölkə iqtisadiyyatının artımının müsbət dinamikası davam edib”

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə əsasən, növbəti onillikdə reallaşdırılmalı olan milli prioritetlər ölkənin sosial-iqtisadi inkişafı üçün yeni hədəflər müəyyən edib, qeyri-neft iqtisadiyyatının inkişafın mərkəzinə çevrilməsi nəzərdə tutulub.

Azərbaycanın bölgələrinin sosial-iqtisadi inkişafı istiqamətində də mühüm nəticələr əldə olunub. 44 günlük Vətən müharibəsində qazanılan qələbə onu deməyə əsas verir ki, işğaldan azad olunan torpaqlarda kifayət qədər iqtisadi potensial var və bu amil gələcəkdə ölkəmizə böyük dividentlər qazandıra bilər. Bəs görəsən, arzuolunan nəticəni əldə etmək üçün nə kimi addımlar atılmalıdır?

Aydın Hüseynov: Dövlət başçısının sərəncamı yeni sosial paket hesab edilə  bilər - "İki sahil"

Aydın Hüseynov

Mövzu ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov “Yeni Müsavat”a fikirlərini açıqladı: “Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz sosial-iqtisadi inkişafın müasir mərhələsinə daxil olub. 2021-ci ildən başlayaraq iqtisadiyyat sürətli bərpa prosesi ilə əvəzlənib. 2022-ci ilin ötən dövründə ölkə iqtisadiyyatının artımının müsbət dinamikası davam edib.  Belə ki, cari ilin ilk beş ayında ölkədə 50,9 milyard manatlıq, o cümlədən qeyri-neft-qaz sektorunda 25,0 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ÜDM real ifadədə 7,2 faiz, o cümlədən qeyri-neft sektoru üzrə ÜDM 11,0 faiz artıb. İqtisadi imkanların genişlənməsi büdcə-fiskal göstəricilərinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olub. Belə ki, 2022-ci ilin ötən 5 ayı üzrə dövlət büdcəsinin gəlirləri 11.227 milyon manat proqnoza qarşı 12.442,4 milyon manat və ya 110,8 faiz təşkil edib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2.706,6 milyon manat və ya 27,8 faiz çoxdur.  Həmin dövrdə büdcə gəlirlərinin 6.353,4 milyon manatı qeyri-neft sektorunun payına düşüb, bu isə 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1.591,5 milyon manat və ya 33,4 faiz çoxdur. Nəticədə iqtisadi və maliyyə imkanlarımızın artması dövlət büdcəsinə dəyişiklikləri zəruri edib”.

Millət vəkili onu da qeyd edib ki, dövlət büdcəsində yaranmış profisitin hazırkı məbləği, həmçinin ilin sonuna gözlənilən yenilənmiş iqtisadi və fiskal proqnozlar əhəmiyyətli maliyyə mənbəyi kimi əvvəldə qeyd edilən əlavə tədbirləri icra etməyə tam imkan verdiyindən 2022-ci il üzrə dövlət büdcəsinin gəlir və xərclərinə yenidən baxılması üçün əhəmiyyətli əsaslar yaradır: "Bu reallıqları nəzərə alan cənab Prezident İlham Əliyev Zəngilan rayonunda “Ağıllı kənd”in açılış mərasimində çıxış edərkən vurğuladığı kimi maliyyə imkanlarının artması sayəsində büdcəyə dəyişikliklərin vacib olduğunu  diqqətə çatdırıb. Dövlət başçısı artan maliyyə gəlirlərinin ilk növbədə işğaldan azad edilmiş ərazilərdə quruculuq və bərpa işlərinin miqyasının daha da artırılmasına və ölkəmizin müdafiə və təhlükəsizliyinin daha da möhkəmlənməsinə yönəldilməsini bildirib. Bu məqsədlə 2022-ci ilin dövlət büdcəsi haqqında qanununda dəyişikliklər edilməsi nəzərdə tutulur. Artıq büdcə layihəsinə dəyişikliklərin parametrləri məlumdur. Büdcədə işğaldan azad olunmuş ərazilərdə yol-nəqliyyat infrastrukturunun yaradılması ilə bağlı layihələrin, həmçinin ölkəmizin digər regionlarında nəqliyyat-kommunikasiya infrastrukturlarının təkmilləşdirilməsi üzrə layihələrin maliyələşdirilməsi ön planda dayanır. Həmçinin Vətən müharibəsi zamanı ölkənin bəzi rayon və şəhərlərində zərər çəkmiş yaşayış və qeyri-yaşayış sahələrinin bərpası və yenidən qurulması və digər yaşayış məntəqələri üzrə tədbirlərin həyata keçirilməsi, dövlətimizin müdafiə qabiliyyəti və hərbi qüdrətin daha da artırılması, milli təhlükəsizlik sahəsində əlavə tədbirlərin görülməsi üçün xərclər artırılıb".

Afaq MİRAYİQ

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR