İnsanlara hürriyət, millətlərə istiqlal!

İşğal azad edilmiş ərazilərdə modul tipli xəstəxanalar quraşdırılacaq

437 14.12.2023 11:41 Səhiyyə A A

"İşğaldan azad olunmuş ərazilərdə səhiyyə sisteminin inkişafı, həmin ərazilərdə yaşayan və işləyən sakinlər üçün tibbi xidmətlərin təşkili məqsədilə müvəqqəti olaraq Agentlik tərəfindən modul tipli xəstəxanaların quraşdırılması həyata keçirilir. 2021-ci ildən başlayaraq Şuşa, Zəngilan, Laçın, Ağdam və Hadrutda modul tipli xəstəxanalar quraşdırılıb".

Musavat.com-un məlumatına görə, bu məlumatı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədri Zaur Əliyev mətbuat konfransında verib.

WhatsApp Image 2023-12-14 at 11.40.54.jpeg (732 KB)

"Gələn il Cəbrayıl və Qubadlı rayonlarında modul tipli xəstəxanaların quraşdırılması nəzərdə tutulub", - deyə agentlik sədri qeyd edib.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR