İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan rus sərhədçiləri çıxarır - Paşinyan açıqladı

871 12.03.2024 13:13 Gündəm A A

"İrəvan Rusiyanın Ermənistandakı sərhəd qoşunlarına məktub göndərərək onlara Zvartnots hava limanında xidmət etdiklərinə və təhlükəsizliyin təmin edilməsinə, sərhəd nəzarətinin həyata keçirilməsində göstərilən dəstəyə və Ermənistan Respublikasının müstəqillik əldə etdikdən sonra göstərdiyi xidmətlərə görə təşəkkür edib".

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında söyləyib.

Bununla Paşinyan Rusiya sərhədçilərinin Zvartnots aeroportundan çıxarılması ilə bağlı Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın söylədiklərini təsdiqləyib.

Nikol Paşinyanın sözlərinə görə, həmin məktubda Ermənistan səhədçilərinin Zvartnots hava limanında kifayət qədər təcrübə və bacarıq əldə etdiyi vurğulanıb.

"Məktubun məzmunu elə bundan ibarətdir", - deyə Paşinyan bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR