İnsanlara hürriyət, millətlərə istiqlal!

İraq Prezidenti: "Ölkəmizdə Azərbaycan üçün biznes imkanları ilə bağlı yeni bir mühit yaratmalıyıq"

1321 20.11.2023 17:49 Rəsmi A A

"İraqda biznes üçün və Azərbaycan üçün İraqda biznes imkanları ilə bağlı yeni bir mühit yaratmalıyıq".

Musavat.com xəbər verir ki, bu sözləri İraq Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatı zamanı söyləyib.

İlham Əliyevi Azərbaycanda sülh və sabitliyə nail olması münasibətilə təbrik edən Əbdüllətif Camal Rəşid deyib: “Eyni zamanda, Ermənistanla sülh müqaviləsinin yekunlaşdırılması məsələsində Sizə uğurlar arzulayıram. Düşünürəm ki, müharibə və münaqişələr yalnız vəziyyətin pisləşməsinə gətirib çıxara bilər. Bununla heç bir problem həll edilə bilməz. Hesab edirəm ki, bütün problemlərimiz dialoq, qarşılıqlı anlaşma və əməkdaşlıq əsasında həll olunmalıdır”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR