İnsanlara hürriyət, millətlərə istiqlal!

İrandan “Kann” festivalında qalib olan rejissorlara qarşı repressiya - SƏBƏBLƏR

492 16.08.2023 20:03 Mədəniyyət A A

Tehran məhkəməsi 2022-ci ildə “Kann” film festivalında “Leyla qardaşları” filmini nümayiş etdirdiyinə görə rejissor Səid Rustaiyə 6 ay həbs cəzası verib.

Report-un xəbərinə görə, bu barədə İranın “Etemad” qəzeti məlumat yayıb.

Məhkəmə filmin prodüseri Cavad Noruzbəyi ilə bağlı da analoji qərar çıxarıb. Hər iki şəxs “İslam qanunlarına qarşı müxalifət təbliğatına töhfə verməkdə” təqsirli bilinib. Eyni zamanda məhkəmə onların həbs müddətinin yalnız iyirmidə birini, yəni təxminən 9 gününü həbsxanada keçirəcəkləri barədə qərar çıxarıb.

Qalan müddət 5 il müddətinə dayandırılacaq. Həmin müddət ərzində müttəhimlər törədilmiş cinayətlə bağlı fəaliyyətdən çəkinməli, kino sənayesində çalışan insanlarla ünsiyyətdə olmamalıdır.

Səid Rustai 1989-cu ildə Tehranda anadan olub. O, karyerası ərzində “Həyat və bir gün”, “Asılılar”, “Leylanın qardaşları” kimi bir neçə film çəkib. Sonuncu 75-ci “Kann” Film Festivalının əsas müsabiqəsində Beynəlxalq Kino Mətbuat Federasiyasının mükafatına layiq görülüb.

Qeyd edək ki, İranın “Kann” festivalında qalib olan rejissorları həbs etməsi ilk hal deyil. Təkcə ötən il 3 belə rejissor həbs edilib. Belə ki, filmləri ilə dəfələrlə “Kann” festivalında çıxış edən Cəfər Pənahi ötən il həbs edilib. Səbəb kimi “2010-cu ildə ona verilmiş 6 illik həbs cəzasının hamısını çəkməyə məhkum edilməsi” göstərilib.

Xatırladaq ki, İran rəsmiləri hələ 2009-cu ildə kütləvi etiraz nümayişlərinə dəstəyindən sonra Pənahinin film çəkməsinə və ölkədən çıxmasına qadağa qoyub. Tehran rəsmiləri “Oskar” mükafatı almış amerikalı kino-rejissor Oliver Stoun və başqalarının Pənahinin Kanna səfər etməsinə icazə verməsi ilə bağlı müraciətlərini rədd edib. Lakin bütün bu qadağalar azərbaycanlı rejissoru gizli olaraq film yaratmaqdan çəkindirə bilməyib, onun 2015-ci ildə çəkdiyi “Taksi” filmi Berlin kino-festivalında “Qızıl Ayı” mükafatına layiq görülüb. Kino-rejissorun bu uğuru Tehranda onun mühafizəkar tənqidçiləri tərəfindən böyük narazılıqla qarşılanıb.

Cəfər Pənahi İrandakı müxalif “yaşıl hərəkat” və onun liderlərindən olan Mirhüseyn Musəviyə dəstək verməkdə və 2009-cu ilin iyununda keçirilən prezident seçkisinin rəsmi nəticələrinə kütləvi etirazlarla bağlı sənədli film çəkməkdə günahlandırılaraq həbs edilib, 2010-cu il mayın 25-də 200 min dollarlıq mülk girovu qarşılığında sərbəst buraxılıb. Tehran məhkəməsi Cəfər Pənahinin 20 il müddətinə kino fəaliyyətinə, ssenari yazmasına və ölkədən çıxmasına qadağa qoyub.

Həmçinin ötən il 70-ci “Kann” Beynəlxalq Film Festivalının “Xüsusi baxış” mükafatını almış Məhəmməd Rəsulof və onun həmkarı Mustafa Əl-Əhməd İranda sosial şəbəkə hesabında polis zorakılığına etirazla bağlı bəyanat yerləşdirməkdə ittiham olunaraq, polis tərəfindən həbs ediliblər. İRNA xəbər agentliyinin məlumatına görə, rejissorlar may ayında Abadan şəhərində 41 nəfərin ölümü ilə nəticələnən etirazlardan sonra İran polisini silahları yerə qoymağa çağırış etdikləri üçün saxlanılıb.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR