İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda Yaxın Şərqin ən böyük həbsxanası olacaq zindan tikilir - FOTO

6351 21.01.2023 22:53 Güney hadisələri A A

İranın molla rejimi Məşhəddə baha başa gələn yeni zindan tikir.

Bu barədə İran telegram kanalları məlumat yayıb.

Bildirilir ki, İran hökuməti Məşhəd şəhərində 10 min nəfər tutumlu həbsxana inşa edir. Bu tikili Yaxın Şərqin ən böyük həbsxanası olacaq. 

Qeyd edək ki, İran İnsan Haqları Təşkilatının son məlumatına görə, 2022-ci ilin dekabr ayının əvvəlinə kimi İranda 11-i qadın və 5-i uşaq olmaqla 565 nəfəri edam edilib.

Söz azadlığından qorxan Tehran hakimiyyəti jurnalistləri həbs edir. Ötən gün İranda üç qadın jurnalist saxlanlıb. Bildirilib ki, Melika Haşimi, Səidə Şafii və Mehrnuş Zarii adlı jurnalistlər Tehranda tutulublar. Məlumata görə, onlar Tehrandakı Evin adlı həbsxanada saxlanılır. Jurnalistlər rejim əleyhinə “təbliğat aparmaq və milli təhlükəsizliyi təhdid etmək”də itiham olunurlar.

İran insan hüquqları fəallarının məlumatına görə, 2022-ci ilin sentyabr ayından başlayan etiraz aksiyaları zamanı 79 jurnalist tutulub.

Toğrul İSMAYIL,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR