İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda üç qadın jurnalist saxlanılıb

5417 23.01.2023 15:23 Güney hadisələri A A

İranda üç qadın jurnalist saxlanlıb.

Musavat.com  xəbər verir ki, İranın Məhkəmə Hakimiyyətinin sözçüsü peşə fəaliyyətinə görə heç bir jurnalistin həbsdə olmadığını iddia etsə də, məhkəmə orqanları son 24 saat ərzində Tehranda ən azı üç qadın jurnalisti həbs həbs ediblər.

Belə ki, yanvarın 22-də Tehranda Məlika Haşimi, Səidə Şəfii, Mehrnuş Zarei adlı üç jurnalist təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Bu barədə İran İnsan Haqları Təşkilatı və jurnalistlərin yaxınları məlumat verib.

Səidə Şəfiinin hara aparılması barədə məlumat verilməsə də, Mehrnuş Zareinin Tehranın Evin zindanına köçürüldüyü bəlli olub.

Məlika Haşiminin isə yanvarın 21-də həbs olunaraq naməlum yerə aparıldığı və həbs səbəbləri barədə açıqlama verilmədiyi bildirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR