İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda jurnalistə həbs cəzası verildi

4809 16.03.2023 12:05 Güney hadisələri A A

İran məhkəməsi jurnalist Ruhullah Nəxəi barədə 2 il 7 ay azadlıqdan məhrum etmə qərarı çıxarıb.

Musavat.com xəbər verir ki, bu barədə jurnalistin vəkili Səid Xəlili məlumat yayıb.

Xarici və beynəlxalq siyasi məsələlər üzrə iranlı jurnalist Ruhullah Nəxəi 22 sentyabr 2022-ci ildə etiraz aksiyaları barədə məlumat yaydığına görə həbs edilib.

Qeyd edək ki, İran Jurnalistlər Birliyi bir müddət öncə yaydığı bəyanatda son 5 ay ərzində ölkədə 100-ə yaxın jurnalistin həbs edildiyini bildirib.

Saxlanılan jurnalistlər arasında İran hakimiyyətinə yaxın bir neçə media orqanının, o cümlədən "Şərq" qəzetinin əməkdaşlarının da adı var.

Onların bir neçəsi girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılsalar da, onlarla jurnalist hələ də həbsdə saxlanılır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR