İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda avtomobil PUA ilə VURULDU - Ölənlər var

666 26.04.2024 16:17 Hadisə A A

İranın Sistan və Bəlucistan əyalətinin Zahedan şəhərində avtomobil pilotsuz uçuş aparatı (PUA) ilə vurulub.

Musavat.com yerli KİV-ə istinadən xəbər verir ki, avtomobil təhlükəsizlik qüvvələri tərəfindən hədəf alınıb.

Məlumata görə, avtomobildə olan iki nəfər terrorçu hücumda həyatını itirib.

Öldürülən iki nəfərin kimliyi və hansı terror təşkilatına mənsub olduqları ilə bağlı məlumat açıqlanmayıb.

Xatırladaq ki, Sistan-Bəlucistan əyalətində İranın terrorçu təşkilat olaraq tanıdığı “Ceyşul-Ədl” qruplaşması fəaliyyət göstərir. 

Son illərdə qruplaşma polis məntəqələrinə silahlı və bombalı hücumlar təşkil edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR