İnsanlara hürriyət, millətlərə istiqlal!

İran səfiri: "Yaxın 3 həftədə Naxçıvan-Təbriz-Məşhəd dəmiryolu açılacaq"

1152 25.10.2016 19:15 İqtisadiyyat A A
"Qarşıdan gələn 3 həftə ərzində Naxçıvan-Təbriz-Məşhəd dəmiryol xətti açılacaq".

"Report" xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə İRİB-ə müsahibəsində bildirib.

Səfir vurğulayıb ki, bu dəmiryolu xəttinin istifadəyə verilməsi İran-Azərbaycan əlaqələrinin genişləndirilməsinə xidmət edəcək: "Ümidvarıq ki, belə işlərin görülməsi nəticəsində iki ölkə arasında münasibətlər və mübadilələr günü-gündən genişlənəcək".

Qeyd edək ki, bu yolun çəkilməsi layihəsi cari ilin aprelində İran və Azərbaycan Respublikasının dəmiryolu rəsmilərinin Təbrizdə keçirilən birgə ekspert iclasında yekunlaşdırılıb. Layihədə məqsəd qarşılıqlı münasibətlərin inkişafı və turizm sahəsində şəraitin asanlaşdırmaqdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR