İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstandan armatur idxalına qadağa qoyulur

3491 25.08.2013 09:57 İqtisadiyyat A A
Contact.az saytının məlumatına görə, 2012-ci ildə Gürcüstandan Azərbaycana 21,4 milyon dollarlıq 28 min ton armatur gətirilib. “Baku Steel Company” öz istehsal həcmi barədə məlumat vermir, 770 min ton istehsal gücü olduğunu bildirir. Dövlət Statistika Komitəsi son dəfə 2011-ci il üzrə əsas sənaye mallarının nomenklaturası haqda hesabat açıqlayıb. Ona əsasən, armatur istehsalı 161,4 min ton olub. 
Rustavi Metallurgiya Zavodunun rəhbərliyi ittihama cavab verməyib. Zavod 12-32 mm-lik armaturlar buraxır. Onlar A500S və A400C siniflərinə uyğundur. Həmçinin zavodda istənilən uzunluqda hamar armatur istehsal edilir. Armatur istehsalı QOST 10884-94, QOST R 52544-2006 və DSTU 3760-2006 standartlarına uyğundur. Müştərinin sifarişi ilə Britaniyanın BS 54449-2005 üzrə armatur hazırlamaq mümkündür. 
Metal emalı sektorundakı mənbələrdən “Yeni Müsavat”a verilən məlumata görə, Gürcüstandan idxal edilən armaturun keyfiyyətsiz olması ilə bağlı məlumatlar dezinformasiyadır: “Gürcüstan armaturları standartlara uyğundur. Sadəcə olaraq ”Baku Steel Company" MMC bu bazarı tam şəkildə inhisara almaq üçün belə bəyanatlarla çıxış edir. Onsuz da armatur istehsalı tam, satışı isə əsasən MMC-nin nəzarətindədir. İndi şirkət çalışır ki, idxal armaturlarını da bazardan çıxartsın satış bazarını da 100 faiz ələ keçirsin. Analoji situasiya 10 il öncə də yaranmışdı. “Baku Steel Company” armaturun satış bazarını tam ələ keçirmək üçün Ukraynadan yüksək keyfiyyətli armatur idxalına qeyri-rəsmi qadağa qoydu. Daha doğrusu, şirkətin təşəbbüsü və təkidi ilə Nazirlər Kabineti Ukraynadan armatur idxalı üçün dövlət rüsumlarını o qədər yüksəltdi ki, idxalçıların bu biznesə marağı itdi. İndi analoji aqibət Gürcüstan armaturlarını gözləyir".
Yada salaq ki, “Baku Steel Company” MMC ölkənin metal emalı bazarını qısa müddət ərzində öz inhisarına alıb. MMC kiçik poladəritmə müəssisələrini zorla öz idarəetməsinə qatıb, müəmmalı şəkildə “Azərboru” və “Daşkəsən Filizsaflaşdırma” ASC-nin (səhmlər 100 faiz dövlətə məxsusdur) idarəetməsini ələ keçirib. 
2008-ci il ilə qədər “Baku Steel Company” MMC-nin sahibi İran əsilli Böyük Britaniya vətəndaşı olan, bütün tədbirlərdə “Mən Heydər Əliyevin əsgəriyəm” dəyə qürurlanan Paolo Perviz idi. 2005-ci ildə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev həbs edildikdən sonra şirkət zor gücünə ondan alındı və “Heydər Əliyevin əsgəri” ölkədən qovuldu. Bundan sonra MMC-nin gerçək sahibləri ilə bağlı məlumatlar məxfi saxlanılmağa başladı. İndinin özündə də şirkətin ən azı formal olaraq kimə məxsus olması ilə bağlı konkret məlumat yoxdur. Bəzi məlumatlara görə, “Baku Steel Company” MMC-nin gerçək sahibi, Moskvada yaşayan iş adamı, “Krokus intenəşnl” Şirkətlər Qrupunun prezidenti Araz Ağalarovdur. Ancaq bu məlumat hələ rəsmi səviyyədə təsdiqini tapmır.
İki zavodu “Baku Steel Company” MMC tərəfindən zəbt edilən Nurəddin Zülfüqarlı isə media ünvanladığı son məktubunda isə MMC-nin himayədarları sırasında Prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubov, onun qardaşı Rafiq Əyyubov, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini general Əli Nağıyevin adını çəkir. 
“Yeni Müsavat”ın Böyük Britaniyanın məşhur offşor zonalarından sayılan Men adalarındakı məlumat bazasından əldə etdiyi məlumata görə, “Baku Steel Company” MMC-nin təsisçisi 5 aprel 2010-cu ildə qeydiyyatdan keçmiş Baku Steel Company Limited şirkətidir. Ancaq Baku Steel Company Limited şirkətinin özünün kimlərin təsis etməsi məsələsi açıq qalır. Offşor zonasının qaydalarına görə, təsisçilərin kimliklərinin gizlətmək hüququ var.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR