İnsanlara hürriyət, millətlərə istiqlal!

“iPhone 17 Plus” digərlərindən daha kiçik ekrana sahib olacaq

1492 23.04.2024 15:55 Dünya A A

2025-ci ildə təqdim edilməsi gözlənilən “iPhone 17 Plus” digər Plus seriyalı smartfonlarla müqayisədə daha kiçik ekrana sahib olacaq.

Lent.az xəbər verir ki, bu barədə “9to5Mac” saytı məlumat yayıb.

Mənbəyə görə, “iPhone 17 Plus” standart “iPhone 17” və “17 Pro” modellərinin ekran ölçüləri ilə flaqman “iPhone 17 Pro Max” arasında aralıq mövqe tutacaq. “Apple”ın hansı səbəbdən belə bir addım ata biləcəyi barədə məlumat verilmir.

Şirkətin hazırkı smartfonlar xətti dörd modeldən ibarətdir: 6,1 düymlük ekranlı “iPhone 15” və “15 Pro”, həmçinin 6,7 düymlük ekranlı “15 Plus” və “15 Pro Max”. Artıq iki ildir ki, “Apple” bu taktikanı izləyir. “iPhone 12” və “13” seriyalarında Plus, 5,4 düymlük ekranlı “iPhone” mini ilə əvəz olunub.

İnsayderin sözlərinə görə, bəlkə də bu yolla “Apple” istifadəçilərin gözündə Plus və Pro Max modelləri arasındakı fərqi artırmaq istəyir. Məsələn, bu il əsas “iPhone 16” və “16 Pro” müxtəlif ekran ölçülərinə malik olacaq - müvafiq olaraq 6,1 və 6,3 düym, “Pro Max” isə 6,9 düymlük ekrana sahib olacaq.

“iPhone 16” seriyalı smartfonların bu ilin sentyabrında, “iPhone 17” seriyasının isə 2025-ci ilin sentyabrında təqdim ediləcəyi gözlənilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR