İnsanlara hürriyət, millətlərə istiqlal!

İndi də vəba yayılır - ÜST-dən SOS: necə qorunmalı?

830 22.02.2024 16:35 Səhiyyə A A

Dünyada vəba xəstəliyi yayılmaqdadır.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, ən çox yoluxma (23 mindən çox) Afrika qitəsi ölkələrində Konqo Demokratik Respublikasında (11,1 min), Nigeriyada (5 mindən çox), Somalidə (1,6 min), Keniyada (1,1 min) müşahidə edilir. Hazırda ölümlər də daxil olmaqla 2 mindən çox xəstəlik halının qeydə alındığı Nigeriyanın şimal-şərqindəki iki ştatda (Adamava və Borno) vəba epidemiyaları davam edir. Təmiz suyun olmaması epidemioloji vəziyyəti çətinləşdirir. Ekspertlər Kamerunun qonşu əyalətlərinə də xəstəliyin yayılmasını istisna etməyib.

Bu gün isə Ümumdünya Səhiyyə Təşkilatı 15 ölkədə vəba epidemiyası elan edib. Bu haqda təşkilatın Baş direktoru Tedros Adhanom Qebreyesus çağırış edib. O, Cenevrədə keçirilən brifinqdə infeksiyanın vaksin çatışmazlığı fonunda yayıldığını qeyd edib. Qebreyesusun sözlərinə görə, vəba epidemiyaları ən çox Haiti, Zambiya, Zimbabve, Sudan və Efiopiyada baş verir.

Təşkilatın məlumatına görə, ötən il dünyanın 30 ölkəsində 708 mindən çox vəba xəstəliyi qeydə alınıb, 4300 nəfər ölüb. ÜST səyahət etmək istəyənləri ehtiyatlı olmağa çağırıb.

Qeyd edək ki, vəba “Vibrio cholerae” adlı bakteriyanın səbəb olduğu nazik bağırsağın infeksion xəstəliyidir. Bağırsaq infeksiyası, sərt və şiddətli ishal ilə müşahidə edilir. Bu xəstəlik üçün güclü zəhərlənmə, qusma, ishal, orqanizmin kəskin susuzlaşması və nazik bağırsağın zədələnməsi xarakterik cəhətlərdir. Vəba xəstəliyində ölüm halları yüksəkdir. Günəş işığı bu törədicilərə məhvedici təsir göstərir. Vibrion (vəba törədicisi) qaynadıldıqda, habelə xlorlu əhəng və xloramin məhlulunun təsirindən tez məhv olur. Xəstəlik, ümumiyyətlə, nəcis bulaşmış çirkli su ya da bu suyla yuyulmuş qidalar vasitəsilə yayılır. Buna görə kanalizasiya və ya su təmizləmə sistemlərindəki hər hansı bir səhv vəbanın qısa müddətdə geniş əraziyə yayılmasına yol aça bilər. Vəbanı asanlıqla müalicə etmək mümkündür, lakin müalicə edilməzsə, %50 nisbətində ölümlə nəticələnə bilər.

Afaq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR