İnsanlara hürriyət, millətlərə istiqlal!

İmtahan stresi uşaqları çökdürür - çıxış yolu

1637 19.05.2022 08:00 KİVDF layihələri A A

Valideyn nəticədən asılı olmayaraq uşağın əziyyətini mütləq dəyərləndirməlidir

Bugünlərdə abituriyentlərin imtahan təlaşı davam edir. Buraxılış imtahanları bitdi, qəbul imtahanları üçün abituriyentlər gün sayır. Amma xəbər buraxılışlarında da izləyirik: imtahan stresindən özünü itirən, yerə yıxılan, həyəcandan sarsılan abituriyentlər var. Düzdür, onlarla paralel olaraq, qulaqcığını ciblərində gizlədən, imtahana telefon keçirməyə çalışanlar da az deyil.

Amma bu stress bəzən abituriyentlərin imtahan nəticələrinə də təsir göstərir. Bu halla necə mübarizə aparmalı? Bu stressi necə aradan qaldırmalı? Bunun üçün abituriyentlər hansısa psixoloji hazırlıqdan keçməlidirlərmi?

Şəkilin açıqlaması yoxdur.

Psixoloq Elvira Kərimova hesab edir ki, uşaqlarda bu həyəcanı tam aradan qaldırmaq lazım deyil. Əsas olan onlara bu həyəcanı idarə edə bilməyi öyrətməkdir. Əgər uşaq bir işə qarşı heç bir həyəcan keçirmirsə, demək ki, heç o işi önəmsəmir. Bu halda o işə motivasiya olmaq da qeyri-mümkündür: “Bir işə qarşı məsuliyyət və həyəcan duymaq o işi yaxşı görməyimiz üçün bir səbəbdir. Uşaq bir işə qarşı həyəcan duyursa, deməli, bu işə qarşı daha çox istək və önəm verir və bu da şagirdin bu işi daha yaxşı yerinə yetirməyinə səbəbdir. Bizə düşən öhdəlik onların bu həyəcanını bacardığımız qədər azaltmaqdır. İkincisi, zamanı düzgün istifadə etməkdə uşağa köməklik göstərin. Şagirdlər bəzən verilən zamanın onların yazacağı imtahan suallarına yetməyəcəyini düşünür və özlərini panikaya salırlar. Zamanı düzgün bölmək üçün ilk əvvəl düşünülməlidir ki, verilən vaxt elə hesablanıb, bütün sualları sona qədər oxuyub və həmin suallara cavab vermək üçün kifayət etsin. Bu, qanunla, uşaqların bilik səviyyəsi nəzərə alınaraq uyğunlaşdırılıb. Sadəcə, vaxtı düzgün bölməklə tam rahat şəkildə yerinə yetirmək mümkündür”.

Psixoloq hesab edir ki, imtahan şagirdin xarakterini deyil, savadını ölçər. Əgər uşaq bu imtahanın savadının yox, xarakterinin ölçüldüyünü və bu imtahan nəticəsinə görə dəyərləndiriləcəyini düşünürsə, onun həyəcanı daha da artar: “Özünü imtahan nəticəsinə görə ”dəyərsiz və yetərsiz" görən uşaq özünə güvənini itirəcək və imtahana qarşı qorxu artacaq. Burada da məsuliyyət yenə də valideynin üzərinə düşür. Valideyn nəticədən asılı olmayaraq uşağın əziyyətini mütləq dəyərləndirməlidir. Çünki əlindən gələni edən, lakin aşağı nəticə verən uşaq ətrafı tərəfindən danlanarsa, özünü çox çarəsiz hiss edər. İlk əvvəl uşağın əziyyəti dəyərləndirilməli, sonra yaranan problemin həllinə yönəlilməlidir".

Stresin əlamətləri bunlardır

Uşaqların yüksək səviyyədə imtahan stressi yaşadığını hardan anlaya bilərik?

Əgər uşaqlarınızda aşağıdakı əlamətlərdən bir neçəsi varsa, deməli, uşaq imtahan stressini həddindən artıq çox yaşayır.

- Düşüncələrini toplaya və ifadə edə bilməmə.

- Öyrəndiklərini unutmaq və yaza bilməmək.

- Diqqətini verə bilməmək.

- Sualları başa düşməkdə çətinlik.

- Ürəyin sürətlə döyünməsi.

- Əllərin titrəməsi, istilik basması və baş fırlanması.

- Mədə bulantısı və baş ağrısı.

- Gərginlik və əsəbilik.

- İnamsızlıq və mənfi düşünmə.

- Qorxu hissi.

Stress qorxusu şagirdləri uğursuz edir?

Amma araşdırmalar nəticəsində abituriyentlərin stresdən qurtulma yolları da araşdırılıb. Şagirdləri stressi bir yük olaraq görmək yerinə,  dəstəkləyici bir nüans olaraq görməyə yönləndirin.

Araşdırmada imtahandan əvvəl edilən 10 dəqiqəlik sadə bir yazı vərdişinin, şagirdlərin stresi onlara kömək edə biləcək “faydalı və enerjiverici güc” olaraq görmələri müşahidə olunub.

İmtahan öncəsi stressi atmaq üçün nə etməli?-Motivasiya - AzEdu.az  AZƏRBAYCAN TƏHSİL PORTALI

Cristopher Rozek, Cerarda Ramırez, Rachel Fine və Sean Beılock adlı 4 psixoloq məktəbdə biologiya dərsi tədris olunan 1175 şagirdi 1 il müddətində analiz edərək stresin vacib imtahanlardan uğur qazanmaq üçün böyük əhəmiyyət kəsb etdiyini müşahidə ediblər.

Stress faydalı ola bilər, çünki...

Stress mütləq pis bir hiss olmaq məcburiyyətində deyil. Psixoloq Kelly McGonical stressi fərqli bir şəkildə görməyin insanların daha uğurlu olmasına yardımçı olacağını deyir. “Çox tez döyünən ürəyiniz sizi məcaraya hazırlayır.” Daha tez-tez nəfəs almağınız problem deyil. Bu o deməkdir ki, beyninizə daha çox oksigen gedir.

Xronik stress ciddi sağlıq problemlərinə yol aça bilər, ancaq qısa müddətlik stress diqqət və yaddaş qabiliyyətini artırdığı üçün faydalı ola bilər.

1908-ci ildə Robert Yerkes və John Dodson adlı 2 psixoloq stress ilə öyrənmək arasındakı münasibətə dair bildiklərimizin təməli olan sadə bir araşdırma ediblər. Çətin sınaqlarda uğurlu olmaq üçün ortalama səviyyədə stressin ideal olduğunu müşahidə ediblər. Az stress məsuliyyətsizliyə, çox stress isə qabiliyyət azlığına səbəb olur.  Əslində qayğının müəyyən səviyyədə olması təbii haldır, hətta imtahanın uğurlu olmasına belə kömək edir. Belə ki, bu orta səviyyədə olan qayğı şagirdləri motivə edir.

Sevinc TELMANQIZI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR