İnsanlara hürriyət, millətlərə istiqlal!

“İlk sakinlərin geridönüşü çox ciddi hadisədir”

1481 03.08.2022 08:10 KİVDF layihələri A A

Qulu Məhərrəmli: “Təbii ki, Zəngilandan olduğum üçün bu proses  məni iki-üç qat sevindirir”

Ötən həftə Qarabağa “Böyük Qayıdış” istiqamətində daha bir tarixi hadisə yaşandı. İşğaldan azad edilmiş Zəngilan rayonunun “Ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçürülməsinin birinci mərhələsi başa çatdı. Yeni Ağalı kəndinə dörd mərhələdə 41 ailə köçürüldü.

Bundan əlavə, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə birgə məcburi köçkünlərin kvalifikasiyasının tanınması, özünüməşğulluq imkanlarının artırılması və bu sahədə həyata keçirilən dövlət siyasətinə dəstək xarakterli birgə əməkdaşlıq layihəsi həyata keçirir.

Dövlət Komitəsindən verilən məlumata görə, ilkin mərhələdə 40 nəfərdən ibarət məcburi köçkünün iştirak etdiyi layihənin əsas məqsədi “Böyük Qayıdış”da iştirak edəcək reinteqrantların dayanıqlı məşğulluğu və adaptasiyasının təmin edilməsidir.

Layihənin hədəf qrupu normal təhsil ala bilməmiş məcburi köçkünlərdir. Həmin şəxslərin qənnadçı-şirniyyatçı, tikiş avadanlıqlarının operatoru-tikişçi, bərbər, plastik boru qaynaqçısı ixtisasları üzrə bilik və bacarığının artırılması və sonda dövlət nümunəli (ilk peşə təhsili üzrə sənədə bərabər) təhsil sənədinin verilməsi nəzərdə tutulub.

Onun Ustad dərsləri - Qulu Məhərrəmli yazır

Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə böyük tikinti və quruculuq işləri həyata keçirilir. Türkiyənin aparıcı şirkətləri bu prosesdə fəal iştirak edirlər.

AZƏRTAC  xəbər verir ki, bu fikirləri Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Kahramanmaraş Ticarət Sənaye Palatasında (KMTSO) keçirdiyi görüşdə bildirib.

İşğaldan azad olunan ərazilərin təbii resursları, bu bölgədə həyata keçirilən kommunikasiya və infrastruktur layihələri, Qarabağa Böyük Qayıdış barədə iştirakçıları məlumatlandıran səfir Rəşad Məmmədov diqqətə çatdırıb ki, Azərbaycanda sərmayə yatırmağa istəyi olan Kahramanmaraşın iş adamları və maliyyə yatırımçıları üçün hər cür şərait mövcuddur.

 Milli Məclisin deputatı Hikmət Babaoğlunun sözlərinə görə, dünyada baş verən hadisələrə nəzər yetirən zaman Azərbaycan sabitlik və inkişaf adası kimi görünür: “ Azərbaycan illərdir bu nailiyyətlərə hədəflənən düşünülmüş və ardıcıl siyasət həyata keçirərək indiki mərhələyə çata bilib. Şübhəsiz, bu tarixi uğurlarımızın siyasi və iqtisadi tərəfləri var və bunlar biri digərini tamamlayan vahid tamın əsas komponentləridir. Güclü və müstəqil iqtisadiyyat yaratmadan siyasi müstəqilliyi qorumaq olduqca çətindir. Ancaq qətiyyətli siyasi iradə olmadan da müstəqil iqtisadiyyat qurmaq mümkün deyil. Azərbaycan bunu etməyi bacarıb”.

Əslən Zəngilandan olan əməkdar jurnalist, professor Qulu Məhərrəmli sevincini bu cür büruzə verdi: “Hesab edirəm ki, işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin başlanması, ilk sakinlərin geridönüşü çox ciddi bir hadisədir. Bu, hər bir azərbaycanlını sevindirir. Təbii ki, Zəngilandan olduğum üçün məni iki-üç qat sevindirir. Qonşu kəndindənəm. Köçən adamlardan təbii ki, zəng edənlər olurdu, hələ getməmişdən əvvəl. Bu gün artıq onlar oradadırlar. Növbəti köçə hazırlaşanlar var. Onların bir çoxunu şəxsən tanıyıram, yaxın əlaqələrimiz var. Qohumluqları çatanlar da var. Məncə, bu çox fövqəladə bir hadisədir. Çox qəribə bir hiss olduğunu da deyə bilərəm. Uzun illərin ayrılığından sonra həmin sakinlərin doğma torpaqlarına dönüşü, orada yeni quruculuq işlərinə başlaması tamamilə yeni bir duyğudur. Təsəvvür edin ki, uzun illər işğal altında qalmış torpağına böyük həsrətlə qayıdırsan və orada yeni bir həyata başlayırsan. Bu, ilk növbədə, Azərbaycan dövlətinin gücüdür, aparılan siyasətin nəticəsidir. Digər tərəfdən, insanların o torpaqlara bağlılığının, doğulduqları yerlərə qayıdış hisslərinin daim güclü olmasının nəticəsidir. Bu da məsələnin bir tərəfidir. Məlumatıma görə, qurulan şəraiti çox normal qarşılayıblar. Onlar üçün bu, tamamilə yenidir. Şəhər mühitinə, şəraitinə uyğunlaşan insanlardır və orada əslində şəhər həyatı qurulub. Eynilə Bakıdakı kimi mağazalar açılıb. Məni ən çox narahat edən iş məsələsidir. Amma dedilər ki, bununla bağlı da problemlər həll olunur. Artıq işlə məşğul olan insanlar da var. Hər halda, proses gedir və bu çox yaxşıdır”.

Cavanşir ABBASLI

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR