İnsanlara hürriyət, millətlərə istiqlal!

İLK DƏFƏ: "Vyommitra" kosmosa GEDƏCƏK FOTO

1210 04.02.2024 21:48 Texnologiya A A

Hindistan 2024-cü ilin üçüncü rübündə "Vyommitra" adlı insanabənzər robotu orbitə göndərmək niyyətindədir.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Hindistan hökumətində nüvə və kosmik sənayelərə nəzarət edən dövlət naziri Jitendra Sinqh jurnalistlərə bildirib.

Onun sözlərinə görə, "Vyommitra"nın pilotsuz missiyası bu ilin üçüncü rübündə "Gaganyaan" kosmik gəmisi ilə planlaşdırılır.

Məlumata görə, robotun adı iki sanskrit sözündən - "vyom" ("kosmos") və "mitra" ("dost") sözündən götürülüb.

O, qadın obrazına malikdir, bir neçə dil bilir və gəminin texniki vəziyyəti ilə bağlı suallara cavab verə bilir.

Onun sözlərinə görə, robot orbital modulun parametrlərinə nəzarət edə, gəminin altı panelini idarə edə, uçuş idarəetmə mərkəzinin suallarını cavablandıra bilər.

Qeyd edək ki, indiyə qədər Hindistanın ilk insanlı kosmos missiyasına namizəd olaraq yalnız dörd kişi seçilib. Onların adları hələ açıqlanmayıb. Yalnız onların Hərbi Hava Qüvvələrinin keçmiş pilotları olduğu məlumdur. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR