İnsanlara hürriyət, millətlərə istiqlal!

İkinci Şərab festivalından eksklüziv görüntülər - VİDEO, FOTO

1199 26.11.2023 14:05 Maraqlı A A

Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şamaxı şəhərinin Meysəri kəndində İkinci Üzüm və Şərab Festivalı keçirilir.

Musavat.com xəbər ki, festivalın məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırmaqdır.

Festivalda ölkəmizin müxtəlif bölgələrindən olan üzüm emalı və şərab istehsalı zavodları tərəfindən müxtəlif çeşidli şərablar nümayiş etdirilib, şərabçılıqla bağlı müxtəlif tədbirlər - şərab dequstasiyaları, yarmarkalar, yerli və beynəlxalq ekspertlərin iştirakı ilə somelye kursları təşkil olunub, qonaqlara “Azərbaycanda şərabçılıq və şərab istehsalı tarixi” haqqında məlumat xarakterli təqdimatlar nümayiş etdirilib.

Festival çərçivəsində yerli şərab istehsalı müəssisələrinin, Üzümçülük İnstitutu, Üzümçülük və Şərabçılıq Assosiasiyası, eləcə də turizm sənayesi nümayəndələrinin iştirakı ilə "Azərbaycanda şərab turizminin perspektivləri" mövzusunda dəyirmi masa keçirilib.
Dəyirmi masada "Ölkə imicinin formalaşması mexanizmində enoturizm" və "Şərabçılığın bir turizm məhsulu kimi inkişafı texnikası" mövzularında müzakirələr aparılıb.

Həmçinin festival çərçivəsində musiqili proqram və müxtəlif əyləncələr təşkil olunub. Festivalda uzun illərdən sonra ilk dəfə olaraq Qarabağda - Tuğda yetişdirilən Azərbaycanın ən qədim yerli texniki üzüm sortu hesab olunan “Xındoqnı” üzüm sortundan alınan yüksək keyfiyyətli qırmızı süfrə şərablarının təqdimatı da baş tutub.

Sərgi, əyləncə, piknik, suvenir, kulinariya kimi zonaları olan festival ərazisində ziyarətçilər yerli və xarici istehsalçıların şərab məhsullarını dequstasiya edə, həmçinin bəyəndikləri məhsulları ala bilirlər.

Şərab istehsalçıları, şərabçılıq turizmi ilə əlaqəli sənaye nümayəndələri, rəsmi və media nümayəndələri daxil olmaqla festivalda gündəlik olaraq mindən çox insanın iştirakı nəzərdə tutulur.

Festival 25 noyabrda başlayıb, bu gün başa çatır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR