İnsanlara hürriyət, millətlərə istiqlal!

İftar süfrəsi üçün ləzzətli reseptlər

620 16.03.2024 22:41 Yaşam A A

Musavat.com Axşam.az-a istinadən iftar süfrəsi üçün reseptlər təqdim edir:

Ətli çudu

Ərzaqlar:
Xəmir üçün:

Yumurta - 2 ədəd
Süd - yarım litr (südü smetanla da əvəz etmək olar)
Yağ - 150 qr.
Maya və azca duz
Un apardığı qədər

İç üçün:
Qiymə - 500 qr.
Şüyüd - 1 dəstə
Soğan - 2 ədəd
Duz və istiot zövqə görə
Kərə yağı - 500 qr.

Hazırlanması:
Xəmiri yoğurub, acımağa qoy. Soğanları xırda doğrayıb, qiyməni azca yağda bişir. Hazır olandan sonra xırda doğranmış şüyüd, duz və istiot vurub, soyumağa qoy. Xəmir acıdıqdan sonra orta böyüklükdə kündələr et. Yuxa aç. Aralarını yağlayıb, 3 yuxanı üst-üstə qoy. Xəmiri uzunsov kəsib, boru şəklində bük. Arasını açıb, (qoğaldakı kimi) ət qoyub bük. Kənarlarını şəkərbura kimi bağlayıb, duru yağda qızart.

Əsas: Əgər çudunun içinin tam və yaxşı bişməsini istəyirsənsə, onları yağda qızartmazdan əvvəl 3-4 dəqiqə sobada saxladıqdan sonra bişir. Çalış, üstü qızarmasın. 

"Rafaello" salatı

Ərzaq:
Bişmiş toyuq əti - 500 qram
Qoz - 400 qram
Xama - 300 qram
Gavalı qurusu
Duz, istiot zövqə görə

Hazırlanması:
Bişmiş toyuq ətini xırda-xırda doğrayın. Üzərinə üyüdülmüş 200 qram qoz, xama, duz, istiot əlavə edib, qarışdırın. Qarışıqdan 1 xörək qaşığı götürüb, arasına xırda doğranmız gavalı qurusu qoyub, qoz formasında yumrulayın. Hazırladığınız yumruları üyüdülmüş qoza batırıb, süfrəyə verin.

Kartoflu küftə

Ərzaqlar:

4-5 ədəd kartof
2 ədəd pomidor

Küftə üçün:
300 qr. qiymə
1 ədəd rəndələnmiş soğan
1 ədəd yumurta
duz, istiot, qırmızı istiot, suxarı unu, istədiyiniz qədər cəfəri

Üzəri üçün:
Holland pendiri
Tomatlı su

Hazırlanması:
Küftə üçün olan ərzaqları bir qaba töküb qarışdırın. Kiçik küftələr düzəldilib, soyuducuya qoyulur. Kartofları təmizləyib 3-4 dilimə ayırın. Duzlayıb, azca yağda qızardın. Küftələri də soyuducudan çıxarıb, qızardım, yağını çəkməsi üçün kağız salfetin üstünə düzün. Yemeyi hazırlayacağınız qaba 1 kartofu qoyub, üzərinə küftəni və 1 dilim pomidoru qoyun. Ən üstə bir dilim kartof əlavə edin. Tavaya bütün ərzaqları bu qaydada düzün. Sonda üstünə tomatlı su tökülüb, kartoflar bişənə qədər odda saxlanılır. Sonda üzərinə bir dilim holland pendiri qoyulur. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR