"Xəzər Lənkəran"ın stadionu bu günə qaldı (FOTO)

Sabah Topaz Premyer Liqasının XIII turu çərçivəsində "Xəzər Lənkəran" əzəli rəqibi "Neftçi"ni qəbul edəcək. Lakin ev sahibi tərəfdə vəziyyət heç də ürəkaçan deyil.
Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, cənub klubunun mərkəzi stadionu - matçın keçiriləcəsi arena bərbad gündədi. Fotodan da görünür ki, "ağ-yaşıllar"ın ötən ev oyununda pis durumda olan "Fırtınalar meydanı"nda vəziyyət daha da ağırlaşıb.
Xatırladaq ki, noyabrın 22-də “Xəzər Lənkəran” mərkəzi stadionunda keçiriləcək "Böyük oyun" adlanan qarşılaşma saat 18:00-da start götürəcək.