İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəncədə üzücü hadisə: “Neftçi”nin futbolçusunun ayağı qırıldı

1609 20.12.2015 17:10 İdman A A


Topaz Premyer Liqasının XVIII turunda daha bir xoşagəlməz hal yaşanıb. Apasport.az saytının məlumatına görə, “Kəpəz” – “Neftçi” matçında qonaqlar bir futbolçunu itiriblər.
 
Qarşılaşmanın ilk hissəsinin sonlarında “Kəpəz”in cərimə meydançasında yaranmış qarışıqlıq zamanı “flaqman”ın yarıımmüdafiəçisi Fəhmin Muradbəyli ciddi xəsarət alıb. Oyunu davam etdirə bilməyən 19 yaşlı oyunçu Məhəmməd Qurbanovla əvəzlənib.
 
Həkim ilkin diaqnoz kimi, futbolçunun ayağının qırıldığını söyləyib. Muradbəyli dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Həkimlərin ilkin rəyinə görə, futbolçu üçün mövsüm başa çatıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR