İnsanlara hürriyət, millətlərə istiqlal!

Çingiz Abdullayev: Əcnəbi məşqçi gətirmək fikrindəyik

1469 22.11.2015 20:40 İdman A A
“Oyun haqqında mən yox siz danışmalısınız. Mən nə deyim ki?” Apasport.az saytının məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında “Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev deyib.
 
Topaz Premyer Liqasının XIII turu çərçivəsində səfərdə “Xəzər Lənkəran”la qarşılaşan və 2:0 hesablı qələbə qazanan “ağ-qaralar”ın rəhbəri oyun haqqında bu fikirləri səsləndirib: “Əsgər Abdullayevin ilk oyunu idi. Yaxşı alındı. Komandanı təbrik elədim. Sevinirəm ki, bu oyunda qalib gəldik. Biz qərar vermişdik ki, Əsgər Abdulayev ilin sonuna kimi bu vəzifədə qalsın. Onun Müşahidə Şurasındakı vəzifəsi hələlik dondurulub. Daha sonra isə fikrimiz var ki, xarici məşqçi gətirək. Ancaq arzu edirik ki, ili yaxşı nəticələrlə başa vuraq. Əsgər müəlimlə bunu edə biləcəyimizə inanıram”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR