İnsanlara hürriyət, millətlərə istiqlal!

Hüseyn Əzizoğlunun restoranında baş verən bıçaqlanma ilə bağlı RƏSMİ AÇIQLAMA yenilənib

1124 06.03.2024 11:06 Kriminal A A

Bakının Yasamal rayonunda yerləşən “Papaq” restoranında bıçaqlanma ilə nəticələnən dava düşüb.

Musavat.com-un məlumatına görə, hadisə zamanı bir nəfər bıçaqlanıb.

DİN Mətbuat Xidmətinin inspektoru, polis kapitanı Nurlan Əliyev bildirib ki, dava olması barədə daxil olan müraciət əsasında ərazi üzrə polis orqanında araşdırma aparılır. Əlavə məlumat veriləcək.

Qeyd edək ki, “Papaq” restoranlar şəbəkəsinin sahibi bir vaxtlar tanınmış bloqer olan Hüseyn Əzizoğludur.

***

Bakının Yasamal rayonunda restoranda dava düşüb.

Hadisə “Papaq” restoranında qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü Yaqubov Aqil Anar oğlu restoranda qardaşı ilə mübahisə edən şəxslərlə əlbəyaxa olub. Həmin vaxt o, bıçaqlanıb.Yaralı xəstəxanaya yerləşdirilib.

Faktı Yasamal Rayon Polis İdarəsinin 26-ci Polis Bölməsinin əməkdaşları araşdırır. //Apa

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR