İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistan Rusiya silahından imtina edir

606 25.04.2024 19:02 Dünya A A

Ən böyük silah idxalçılarından biri olan Hindistan Rusiyadan irimiqyaslı müdafiə avadanlığı alışını dayandırmağı planlaşdırır.

Musavat.com xəbər verir ki, bu barədə Politico-ya Nyu-Dehli analitik mərkəzinin eksperti Nandan Unnikrişnan məlumat verib.

Onun sözlərinə görə, ölkə ABŞ-a istiqamətlənmək qərarına gəlib: “Hindistan Qərbin, xüsusən də ABŞ-ın müəyyən edə biləcəyi heç bir qırmızı xətti keçmək istəmir" .

Müəllifin fikrincə, Hindistanın Rusiyadan hərbi məhsulların tədarükündən imtinasına səbəb həm mümkün sanksiyalar, Ukraynada müharibə, həm də özünün müdafiə sənayesini inkişaf etdirmək istəyi ola bilər.

Hindistan Müdafiə Nazirliyinin keçmiş müşaviri hesab edir ki, alışların azalmasına səbəb Moskvanın idxalçının tələblərini yerinə yetirə bilməməsi olub. Qəzetin ekspertləri qeyd ediblər ki, Rusiyadan silah alışı davam edəcək, lakin idxalçı tərəfindən böyük sövdələşmələr gələcəkdə nəzərdə tutulmur.

Stokholm Beynəlxalq İnstitutunun araşdırması göstərib ki, Rusiyanın Hindistana silah ixracı 2009-cu ildən bəri azalır. 2019-cu ildən bəri Rusiyadan tədarükün həcmi respublikaya idxal olunan silahların ümumi sayının 36 faizini təşkil edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR