İnsanlara hürriyət, millətlərə istiqlal!

Hikmət Rəhimov "Əqrəb mövsümü"ndən buna görə imtina edib

1032 22.04.2024 18:48 Şou-biznes A A

Aktyor Hikmət Rəhimov "Əqrəb mövsümü" serialının ikinci hissəsində rol almamasının səbəbini açıqlayıb. 

Sənətçi bu haqda Turanə Hüseynlinin yutub layihəsində danışıb.

O bildirib ki, layihədən imtina etməsinə səbəb qonorar olub:

"İstəyimə dedilər ki, çoxdur. 50 gün çəkilişə görə 20 min manat istədim. Dedilər ki, yoxdur. Mən də cavab verdim ki, sağ olun. Sonradan deyirlər ki, guya, 30-40 min istəmişəm. 50 gün üçün 30-40 min də azdır. Yoxdursa, heç olmasın. Əgər varsa, normal pul ödənilsin. Əgər bir hekayəni mən dartıb aparıramsa, pul mənim haqqımdır. Mənimlə pul söhbəti edən adamın əqidəsi və əxlaqında problem varsa, onu rədd edirəm. Etdim də". (Axşam.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR