İnsanlara hürriyət, millətlərə istiqlal!

“Heydər Əliyev İli" azərbaycançılıq ideologiyasının təbliği üçün yeni imkanlar açır

870 11.04.2023 11:37 Media A A

Deputat: “Bu ideyanın təbliği ən müxtəlif sferalarda və fasiləsiz olaraq aparılır”

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı"na uyğun olaraq Azərbaycanda ümummilli lider Heydər Əliyevin irsinin, onun müəllifi olduğu azərbaycançılıq ideologiyasının təbliği ilə bağlı müxtəlif tədbirlər həyata keçirilir. Heydər Əliyevin müstəqillik dövründə hakimiyyətdə olduğu illərdə fəaliyyətinin Azərbaycanın taleyində əhəmiyyəti, müstəqilliymizin möhkəmlənməsində ölçüyə gəlməz rolu bir daha təhlil edilir.

Ulu öndər Heydər Əliyev müstəqillik dövründə Azərbaycan Respublikasına on illik rəhbərliyi zamanı nəinki müstəqil Azərbaycan dövlətinin dağılmasının qarşısını aldı və gələcək inkişafının hərtərəfli sağlam təməlini qoydu, eyni zamanda ölkə vətəndaşlarını səfərbər edən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram ətrafında birləşdirən milli təlim - azərbaycançılıq ideologiyasını yaratdı. 1993-cü ildə Heydər Əliyev hakimiyyətə qayıdanda Azərbaycanda keçmiş kommunist ideologiyasından imtina edilmişdi. Lakin xalqı müstəqil dövlətçilik ətrafında birləşdirə bilən, azərbaycanlıların kimliyini, yaratdığı dövlətin xarakterini izah edən, milli-mənəvi dəyərlərini qoruyub saxlayan və inkişaf etdirən, ölkə vətəndaşlarını öz ətrafında səfərbər edərək gələcəyə aparan nə vahid ideya-siyasi təlim, nə də funksional idarəçilik sistemi yaradılmışdı. Siyasi ekspertlərin sözlərinə görə, bu vəziyyət keçmişin bütün zəngin irsindən, o cümlədən elmi, intellektual, mənəvi, ictimai dəyərlərindən total şəkildə imtina meyli Azərbaycanda, sözün həqiqi mənasında, ciddi ideoloji boşluq yaratmışdı. Cəmiyyətdə bir ideyasızlaşma kimi zərərli abı-hava hökm sürürdü. Heydər Əliyevin hakimiyyətə gəlişi dövlətimizə qarşı olan bir çox təhlükələri aradan qaldırdığı kimi, ideyasızlıq sindromunu da aradan qaldırdı. Azərbaycan vətəndaşlarını vahid amal, ideya və məqsəd ətrafında birləşdirəcək milli ideologiyanın yaradılması dövlət siyasətinin prioritetinə çevrildi. Başqa sahələrdə olduğu kimi, milli-ideoloji baxışlar sisteminin formalaşmasında da Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin varislik prinsipini qorudu və vaxtilə onun qurucularının birləşdirici ideya kimi irəli sürdüyü azərbaycançılıq ideologiyasına müraciət etdi. Həm də nəinki sadəcə müraciət etdi, onu real və dolğun məzmunla zənginləşdirərək dövlət siyasəti səviyyəsinə qaldırdı, azərbaycançılıq ideologiyası Azərbaycanda rəsmi ideologiya səviyyəsinə yüksəldi. Ölkənin parçalanmasının qarşısının alınmasında böyük tarixi liderlik missiyasını həyata keçirən Heydər Əliyevin ən böyük xidmətlərindən biri Azərbaycanda yaşayan bütün millətləri bir araya gətirən azərbaycançılıq ideologiyasını dövlət siyasətinə çevirməsi oldu. Azərbaycançılıq ideologiyası artıq dövlətin ideoloji xəttinə çevrilib və qələbələrimizin əsaslarından birini təşkil edən faktordur.

Deputat Aydın Hüseynov sosial şəbəkədə barəsində gedən yazıya aydınlıq  gətirdi - FOTO

Milli Məclisin deputatı Aydın Hüseynov “Yeni Müsavat”a bu barədə şərhində bildirib ki, dövlətimizin indiki mərhələyə gəlib çatmasında, milli birliyin sarsılmaz xarakter almasında azərbaycançılıq ideologiyasının məharətlə təbliği, xüsusi işlək mexanizmə çevrilməsi mühüm əhəmiyyət daşıyıb. Bu mərhələ Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, uğurlu xarici siyasətində, xüsusilə də tarix yazan güclü ordusunda öz təsdiqini tapır: “Ulu öndər Heydər Əliyevin 100 illiyində biz inkişaf etmiş, qalib, milli birliyi, tolerantlığı dünyaya nümunə olan Azərbaycanda yaşayırıq. Bütün uğurlarımızın, qələbələrimizin kökündə dahi şəxsiyyət Heydər Əliyevin əsasını qoyduğu siyasi xətt, ideoligiya dayanır. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu  və cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi ideologiya sistem halına salınıb. Ümummilli lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək ümumxalq birliyinin dərin politoloji və nəzəri əsaslarını irəli sürürdü. Heydər Əliyev azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid sistem və konsepsiya halına gətirərək onu dövlət idarəçiliyinin elmi-nəzəri əsasına çevirdi. Məhz Heydər Əliyev dühasının səyi ilə azərbaycançılıq mahiyyətcə real məzmun daşıyaraq praktikada realizə imkanları qazandı. Ulu öndər daim vurğulayırdı ki, azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir. Prezident Əliyevin hakimiyyətə gəlişindən sonra bu xətt böyük məharətlə davam etdirildi və bu gün də etdirilməkdədir. Azərbaycançılıq ideologiyası milli birliyin təməlinə çevrilib. Ölkəmizdəki bugünkü sabitliyin, cəmiyyətdaxili və dövlət-cəmiyyət münasibətlərindəki harmoniyanın təməlində milli-mənəvi birlik dayanır. Azərbaycançılıq ideologiyası vətəndaş-dövlət vəhdətinin daha da möhkəmlənməsinə yol açır. Hər bir vətəndaşın fəaliyyətinin mərkəzində Azərbaycan dövləti, dövlətin maraqları dayanır. Bu məqam isə ölkənin möhkəm ideoloji əsaslara dayanaraq inkişaf etməsini şərtləndirir. Bu gün hər bir azərbaycanlı həmrəyliyin və milli birliyin önəmini dərk edir və bu sərvəti əziz tutur. Məhz bu ideoloji əsasla hər bir çətinliyin öhdəsindən gəlmək, Azərbaycanın davamlı inkişafını təmin etmək və daha böyük uğurlar əldə etməkdəyik. Biz bununla da kifayətlənmirik, azərbaycançılıq ideyasının təbliği ən müxtəlif sferalarda və fasiləsiz olaraq aparılır”.

Etibar SEYİDAĞA

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR