İnsanlara hürriyət, millətlərə istiqlal!

Həyat yoldaşını qəzada itirən Flora Kərimova: "Qızım olmasaydı, həyatla vidalaşardım" - VİDEO

1025 18.04.2024 16:08 Şou-biznes A A

Xalq artisti Flora Kərimova şəxsi həyatı ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, o, sosial şəbəkədə mərhum həyat yoldaşı, iş adamı Faiq Şəfiyevlə olan görüntülərini paylaşıb.

Xalq artisti ömür-gün yoldaşını bir avtomobil qəzasında itirdiyini vurğulayıb. Həmin vaxt Kərimovanl həyata bağlayan 6 yaşlı qızı Zümrüd olub:

"Qızımın atası avtomobil qəzasına düşdü. Bu hadisə çox gözlənilmədən oldu. O dövrdə qızım olmasaydı, həyatla vidalaşardım. Birdən-birə billur bir saray gözlərimin önündə çilik-çilik oldu. Bir il mən heç bir mahnı oxumadım".

Xatırladaq ki, Xalq artisti iki dəfə ailəli olub. Onun ilk həyat yoldaşı məşhur cərrah İbrahim Topçubaşovdur. F.Kərimova ilə ailə quranda onların arasında 20 yaş fərq olub.

Topçubaşovun ölümündən bir neçə il sonra Flora xanım qızı Zümrüdün atası Faiq Şəfiyevlə ailə qurub. Zümrüdün altı yaşı olanda Faiq bəy avtomobil qəzasında dünyasını dəyişib.

Xalq artisti iki nikahı barədə bunları deyib: “Həyat yoldaşımın biri ilə xoşbəxtliyimi başa düşmədim. Çünki çox gənc idim. O biri ilə xoşbəxtliyi duydum, amma əcəl əlimdən tez aldı”.

Ətraflı videoda:

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR