İnsanlara hürriyət, millətlərə istiqlal!

Həyat yoldaşım övladlarıma baxmır

11615 07.03.2024 20:36 Şou-biznes A A

Boşanma ərəfəsində olan müğənni Leyla Rəhimova ayrıldığı həyat yoldaşından gileylənib.

Sənətçi "Qonaqcanlı" verilişində bununla bağlı sualları cavablandırıb.

O bildirib ki, həyat yoldaşı uşaqlarına görə ona maddi dəstək olmur:

"Çətin deyil, anam sağ olsun, yardım edir. Maddi cəhəttən də özüm böyüdürəm övladlarımı. Qarşı tərəf heç bir maddi yardım etmir. Allah özümə yetirsin, anam da yardım edir".

Qeyd edək ki, Leyla Zaur Cəlil adlı şəxslə ailə qurduqdan sonra Amerikaya köçüb. Ötən il o, Bakıya qayıdıb. Zaur "Evliliyimizin yeddinci ilində ayrılmaq qərarına gəldik. Bu da son" deyə, paylaşım edib. Leyla bundan xəbərsiz olduğunu, ayrıldıqlarını sosial şəbəkədə oxuduğunu deyib.

Leyla tamaşaçılara "O səs Türkiyə" yarışmasından tanışdır. Leyla və Zaur 2016-cı ildə ailə qurub. Cütlüyün 3 övladı var.//Axşam.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR