İnsanlara hürriyət, millətlərə istiqlal!

Hər axşam bu qarışımı yeyin, görün nələr olur... - MÖCÜZƏ

8663 24.12.2023 09:45 Səhiyyə A A

Qara çörəkotu və qatığın faydaları saysız-hesabsızdır. Ancaq ikisini birlikdə istehlak etmək faydanı ikiqat artırır.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, qara çörəkotu yüksək yağ, A, B1, B2, B6 və C vitaminləri, dəmir, kalsium, sink, fosfor, maqnezium, manqan və mis kimi bir çox qida maddəsi ehtiva edir. Qatığın tərkibində isə A, B, E vitaminləri, kalium, fosfor, sink və yüksək miqdarda protein var.

Qatıq həzmi dəstəkləyir və toxluq hissi verir, tərkibindəki kalsiumun yağların yandırılmasını sürətləndirir. Bundan əlavə, qara çörəkotunun tərkibindəki zəngin vitamin və mineral dəstəyi orqanizm üçün vacib bir əlavədir.

Hər axşam yatmazdan əvvəl bu iki qidanı qarışdıraraq istehlak edin. Çünki qara çörəkotulu qatıq xolesterinlə mübarizə aparır, immunitet sistemini gücləndirir, qan şəkərinin səviyyəsini tənzimləyir.

Bu qarışım antioksidant və iltihab əleyhinə xüsusiyyətləri sayəsində dəri sağlamlığını qoruyur. Ürək sağlamlığı üçün də çox faydalıdır.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR