İnsanlara hürriyət, millətlərə istiqlal!

Hava çirkli, su natəmiz, yaşıllıq yox...

1432 02.02.2024 08:39 Media A A

Ekoloji problemlər ömrümüzdən necə oğurlayır? 

Son illər ekologiyanın pozulması səbəbindən əmələ gələn xəstəliklərin sayı hədsiz miqdarda artıb. Ekoloji xəstəliklər aşağıdakı səbəblərdən meydana gəlir:

* Havanın çirklənməsi (havada CO,CO2, SO, NO-un və s. miqdarının normadan 10 dəfə artıq olması);

* Radiasiyanın yüksəlməsi;

* Kənd təsərüffatı sahələrində kimyəvi maddələrin həddindən çox istifadə edilməsi;

* Məişət kimyasının inkişafı.

Yuxarıda yazılanların təsirindən insanlarda əvvəllər məlum olmayan xəstəliklər meydana çıxmışdır:

  1. Kimyəvi astma.

* aspirin astması;

* sulfit astması;

* nitrit astması.

  1. Kireş sindromu.

* zavodlarda mal-qara üçün istehsal edilən yarımsintetik tullantıların təsiri nəticəsində uşaqlarda əmələ gələn astma.

  1. Minemat xəstəliyi.

* dəniz məhsullarında olan metil-civənin təsiri nəticəsində mərkəzi sinir sisteminin zədlənməsi, spastik ifliclər və əqli çatışmazlıq

  1. Yuşo xəstəliyi.

* bitki yağlarının tərkibindəki bifenilaminin təsiri nəticəsində dərinin zədələnməsi.

  1. Ümumi immun depressiya - “kimyəvi QİÇS”.

* dioksinlər və ağır metal duzlarının təsiri nəticəsində əmələ gəlir.

Ətraf mühitin mənfi təsirləri insan orqanizmində özünü aşağıdakı əlamətlərlə göstərir:

- süstlük;

- baş ağrıları;

- qarında ağrılar;

- arterial distoniya;

- EKQ-də dəyişikliklər;

- tədricən inkişaf edən ikincili immundefisit.

Siyahılarda neçənci yerdəyik? 

Uşaq ölümü indikatoru əsasında qiymətləndirilən ətraf mühitlə bağlı xəstəliklər üzrə Azərbaycan 86-cı yerdə olmasına baxmayaraq, bu göstərici üzrə son illərdəki fəaliyyətə görə Azərbaycan maksimum nəticə göstərərək birinci yeri tutmuşdur. Buna insan sağlamlığına mənfi təsir edən ekoloji problemlərin aradan qaldırılması istiqamətində görülmüş işlər zəmin yaratmışdır. Belə ki, təhlükəli tullantıların idarə olunması sahəsində dəyişikliklər, o cümlədən 300 min tona yaxın civə tərkibli toksiki tullantıların müasir təhlükəli tullantılar poliqonunda tam zərərsizləşdirilməsi, əhalinin içməli su ilə, o cümlədən regionlarda 340 minə yaxın əhalinin Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə cavab verən içməli su ilə təmin edilməsi, bərk məişət tullantıları və çirkab suların idarə olunmasındakı irəliləyişlər, neftlə çirklənmiş ərazilərin reabilitasiyası və s. fəaliyyət belə nəticələrin əldə olunmasına gətirib çıxarmışdır.

Atmosfer çirkli, su natəmiz - orqanizm buna neyləsin? 

Atmosfer havasının insan sağlamlığına təsiri (bərk hissəciklər və qapalı məkanlarda havanın keyfiyyəti) baxımından Azərbaycan 76-cı, bu sahədəki inkişaf göstəricilərinə görə isə 116-cı yeri tutub. Bunun da əsas səbəbi son illərdə nəqliyyat vasitələrinin sayının kəskin dərəcədə artması və tikinti sektorunun inkişafı ilə bağlı atmosferə atılan zərərli maddələrin miqdarının çoxalmasıdır.

Su ehtiyatlarının ekosistemə təsiri (kəmiyyət göstəriciləri) komponenti üzrə həm Ətraf mühitin vəziyyətinin indeksi, həm də Ekoloji inkişafın göstəricilərinə görə Azərbaycan mənfi qiymətləndirilmişdir (127-ci yer). Bu, Azərbaycanın su ehtiyatlarının məhdud olması və onun əsas hissəsinin ölkə hüdudlarından kənarda formalaşması, çayların nizamlanması və su itkiləri ilə izah edilir.

Ekoloji xəstəliklərin qurbanı olmamaq üçün.... nə etməli? 

Milli Paytaxt Bölgəsi (NCR) artan çirklənmə səviyyəsinə görə pisləşən ekoloji böhranla mübarizə aparır, nəticədə duman və duman onun sakinləri üçün ağır nəticələrə səbəb olur. Bu zəhərli havanın keyfiyyəti insanların sağlamlığına mənfi təsir göstərir, tənəffüs xəstəliklərinin artmasına, ürək-damar problemlərinə və digər əlaqəli xəstəliklərə səbəb olur. Bu çirkli havaya uzun müddət məruz qalma xüsusilə uşaqlar və qocalar kimi həssas əhali üçün həyat üçün təhlükə yarada bilər.

Bu şəraitdə ehtiyat tədbirlərinin görülməsi böyük əhəmiyyət kəsb edir. İnsanlar açıq hava fəaliyyətini minimuma endirməli, hava təmizləyicilərindən istifadə etməli və çölə çıxarkən maskalar taxmalıdırlar. Evləri yaxşı havalandırmaq və yaxşı qapalı hava keyfiyyətini qorumaq da vacibdir. Davamlı öskürək, təngnəfəslik və ya sinə ağrısı kimi simptomlar yaranarsa, tibbi yardım axtarma gecikdirilməməlidir, çünki erkən müdaxilə çirklənmə ilə bağlı sağlamlıq problemlərinin idarə olunmasında əhəmiyyətli fərq yarada bilər. Emissiyaları azaltmaq və daha təmiz təcrübələri təşviq etmək üçün kollektiv səylər NCR-də davamlı, daha sağlam gələcək üçün çox vacibdir.

Çirkli hava ağciyər xəstəliyi yaradır 

Ekoloji ağciyər pozğunluqları və ya çirklənmə ilə əlaqəli ağciyər xəstəlikləri tez-tez nəfəs darlığı və bəzən öskürək və ya döş qəfəsində narahatlıq kimi müxtəlif ağciyər vəziyyətlərində müşahidə olunanlara bənzər simptomlar göstərir. Qıcıqlandırıcılara və digər maddələrə məruz qaldıqda tənəffüs yollarının daralmasına səbəb olan ekoloji ağciyər xəstəlikləri (tənəffüs yollarının hiper-reaktivliyi) qəfil nəfəs darlığına, hırıltıya və astma və ya xroniki obstruktiv ağciyər xəstəliyi (KOAH) kimi əvvəlcədən mövcud olan vəziyyətlərin kəskinləşməsinə səbəb ola bilər.

Xroniki və təkrarlanan problemlərə səbəb olan ekoloji ağciyər pozğunluqları KOAH və ya interstisial ağciyər pozğunluqları kimi uzunmüddətli tənəffüs şəraitinin inkişaf riskini artırır və bu, daimi ağciyər funksiyasının pozulmasına səbəb olur. Bəzi ekoloji ağciyər pozğunluqları da əlavə simptomlara və ağırlaşmalara səbəb olur.

Həkimlər isə qeyd edir ki, son illər böyük gücləri sayəsində dünyada yeni viruslar yayılır. Keyfiyyətsiz su, havanın çirkləndirilməsi, keyfiyyətsiz yağlar da insan bədənini zəiflədir. Bədənimizin zəifləməsi də istənilən patalogiyaya yoluxmağımıza səbəb olur. Əvvəl görülən amma çox yayğın olmayan viruslar indi yayılır. Həkimlər həmişə nə deyir? Hava, ekoloji mühit, qida təmiz olmalıdır. İnsanlar da normal sanitar-gigiyenik qaydaları qorumalıdır. Bunları da qorumayanda istənilən virus yayılır. Çalışmaq lazımdır ki, imkan daxilində şəhərdə yaşayan uşaqların ayağı bir torpağa dəysin. Asfaltda yaşayırlar, bədənləri zəifləyir. İnsan bədəni asfaltın üstündə nə qədər olar? Ona görə adicə bir az ya isti, ya soyuq hava olan kimi, külək əsən kimi xəstələnirik. Şəhərlər, küçələr siqaretlə doludur. Hamı sərbəst şəkildə siqaret çəkir, bu da havanı məhv edir. Siqaretin tərkibində 7 mindən çox zəhərli maddələr var. Yerə də ataraq xəstəliyi yayırlar. Xəstə insanlar çox biabr şəkildə küçələrə tüpürür, xəstəliyi yayır. Bunlar xırda kimi görünür, amma böyük məsələdir. Bu istənilən xəstəliyi yaymağa səbəb olur.

Yazını hazırladı:  Sevinc TELMANQIZI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR