İnsanlara hürriyət, millətlərə istiqlal!

Hakimi təhqir edən menecerə AĞIR CƏZA

611 18.04.2024 15:44 İdman A A

AFFA İntizam Komitəsi “Qəbələ” klubunun meneceri Səbuhi Səfiyarlını üçü şərti olmaqla beş oyunluq cəzalandırıb.

Buna bölgə təmsilçisi rəsmisinin “Turan Tovuz”a 1:2 hesabı ilə uduzduqları Premyer Liqanın XXX turunun matçında hakimləri təhqir etməsi səbəb olub.

“Qırmızı-qaralar” 4000 manat cərimələnib, Səfiyarlıya 3 ay sınaq müddəti təyin edilib.

Bundan əlavə, hər iki klub əlavə 700 manat ödəməli olacaq. “Qəbələ”nin 4, Tovuz klubunun 5 oyunçusu sözügedən qarşılaşmada sarı vərəqə ilə cəzalandırılıb.//Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR