İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Silahlı Qüvvələri Suriyada İŞİD-in 18 silahlısını zərərsizləşdirib

693 19.01.2017 21:34 Hadisə A A

Türkiyə Silahlı Qüvvələri Suriyada “Fırat kalkanı” (“Fərat qalxanı”) antiterror əməliyyatı çərçivəsində terrorçu İŞİD qruplaşmasının 18 silahlısını məhv edib.

“Report” "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Xəbərdə bildirilib ki, havadan endirilən zərbələr nəticəsində terrorçuların 182 istehkamı və sığınacaq yeri dağıdılıb.

Məlumata görə, əməliyyatın 149-cu günü Suriyanın Suflaniyah və Kabr əl-Mukri bölgələrinin terrorçulardan təmizlənməsi istiqamətində döyüşlər davam edir.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi “Fırat kalkanı” əməliyyatı 2016-cı il avqustun 24-də başlayıb

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR