İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada ağır cinayətə görə tutulan azərbaycanlının atası oğlunu günahsız sayır (VİDEO)

2291 03.05.2016 23:22 Hadisə A A
Rusiya keçmiş polis rəisi Andrey Qoştun qətli ilə əlaqədar həbs edilən azərbaycanlının ailəsi onu günahsız hesab edir. Roman Fətəliyevin atası deyir ki, oğlu axşamlar evlərinin yaxınlığındakı parkda gəzintiyə çıxır. Park hadisə yerindən 35 kilometr aralıda yerləşir. 

Rauf Fətəliyevin sözlərinə görə, bazar günü oğlu parka gedib. Səhəri gün isə evdə olub, heç bir yerə çıxmayıb: “Mən onu nəyinsə narahat etdiyini hiss etmədim”. 

Sonrakı günlərdə də Roman Fətəliyev işlədiyi tikintiyə gedib-gəlib. Bir axşam isə onu həbs ediblər: “Hamımız evdə oturmuşduq. Qapı döyüldü. O, dəhlizə çıxdı və orada tutdular”.

Xatırladaq ki, Andrey Qoşt və 5 ailə üzvü aprelin 24-ünə keçən gecə hücuma mərz qalıb. Onları armatur parçası ilə döyüblər. Hücum nəticəsində 7 yaşlı qızdan başqa hamı ölüb. 

Musavat.com





Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR