İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda rektorun qızı vəhşicəsinə döyüldü (VİDEO, Yenilənib)

67600 17.03.2015 00:19 Hadisə A A

Xəzər Universitetinin rektorunun qızı Ülkər İsayeva 09.03.2015 ci il tarixdə Bakı şəhəri Səbail rayonu Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində iki qardaş tərəfindən döyülərək fiziki işgəncəyə məruz qalıb.

Moderator.az saytının xəbərinə görə, Bakı şəhəri BPİ-nin istintaq  və təhqiqat idarəsinin ağır cinayətlərin istintaqı şöbəsinin xüsusi ilə mühüm işlər üzrə baş müstəntiqi polis  polkovnik- leytenantı Yasin Mikayıllının 14 mart 2015- ci il tarixli vəsatəti əsasında   ibtidai araşdırmaya prosessual rəhbərlik həyata keçirən Bakı şəhər prokurorluğunun müavini baş ədliyyə müşaviri Azər Əsgərov eyni tarixli təqdimatla məhkəməyə müraciət edərək Azərbaycan Respublikası 222.2.1-ci maddəsi ilə təqsirləndirən şəxs qismində cəlb edilmiş Məmmədov Zaur Muxtar  oğlu  barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.


Daxil olan məlumata əsasən bildirilir  ki, Məmmədov Zaur Muxtar oğlu 09 mart 2015-ci ildə, saat 04:25 radələrində qardaşı Elin Məmmədovla bir qrup şəxs halında  sərxoş vəziyyətdə ictimai yerdə, Bakı şəhəri Səbail rayonu  Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində heç bir səbəb olmadan tanışları İsayeva Ülkər Hamlet qızını idarə etdikləri  90 KU 050 dövlət nömrə nişanlı “ BENTLEY”  markalı avtomobildən  zorla çəkib çıxarmaqla yerlə sürüyərək, əl və ayaqla  zərbələr endirmişlər. Hadisəni görən vətəndaşların müdaxiləsindən sonra  Ülkər İsayeva taksiyə əyləşərək hadisə yerindən uzaqlaşmaq istəyən zaman, ona imkan verməyərək zorla  taksi maşınından düşürdülərək  yerlə sürülmüş təkrarən əl və ayaqla zərbələr yetirmişlər. Bu zaman  vətəndaşların müdaxiləsindən sonra  Ü. İsayevaya təkrar təziq göstərilərək “Bentley” markalı  minik avtomobilinə otuzdurularaq fiziki təziqə məruz qalmışdır.


Adıçəkilən hüquq mühafizə orqanlarında, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik edən vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hadisəsi ilə müşayət edilən hərəkətlər  üzrə istintaq aparılaraq 12.03.2015-ci il tarixində  Məmmədov Zaur Muxtar oğlu barəsində Azərbaycan Respublikasının CM-nın 221.2.1  maddəsində  nəzərdə tutulan cinayət əməlini törətmiş, Z. Məmmədov 12.03.2015-ci il tarixdə  çübhəli şəxs qismində tutulmuşdur.



14.03.2015-ci ildə  ona Azərbaycan Respublikasının CM- nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir.

Barələrində 14.03.2015-ci il  hər iki təqsirləndirilən şəxs barəsində Bakı Şəhər Prokurorluğu tərəfindən həbs qətimkan tədbiri seçilməsi üçün Xətai rayon Məhkəməsinə təqdimat verilmişdir. Lakin Xətai rayon Məhkəməsinin hakimi Raziyə Ataşova tərəfindən  çıxarılan qərara əsasən iki qardaş- Zaur və Elin Məmmədov qardaşları məhkəmə zalından azad edilmişlər. 

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov cinayət hadisəsi  ilə bağlı məlumatın doğruluğunu təsdiqləyib.

Musavat.com-dan: Hamlet İsaxanlının qızı Ülkər İsayeva onu döyənlərin - Zaur və Elin Məmmədov qardaşlarının fotolarını özünün İnstagram səhifəsində dəfələrlə paylaşıb. Məsələn, bu foto əyləncə tədbirlərindən birində çəkilib. 


Ülkər İsayeva qardaşları "Lyubimıye" qeydi ilə təqdim edib. Fotoda sağdakı Elin Məmmədov, ortadakı Ülkər İsayeva, sağdakı isə Zaur Məmmədovdur. Ülkər İsayeva tanınmış həkim Tərlan Əhmədzadənin gəlini olub. O, Aydın Əhmədzadə ilə 2014-cü ilin yayında Nəsimi rayon Məhkəməsinin qərarı ilə boşanıb.


Musavat.com


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR