İnsanlara hürriyət, millətlərə istiqlal!

Astarada qəbir daşlarını sındıran şəxsin oğlunun evi yandı

2053 19.04.2016 17:02 Hadisə A A
Astara rayonunda yanğın hadisəsi olub. 

"Report" xəbər verir ki, rayonun Şiyəkəran kənd sakini, 1990-cı il təvəllüdlü Vüsal Eynulla oğlu Babayeva məxsus fərdi yaşayış evində yanğın baş verib. 

Ümumi sahəsi 192 kvadratmetr olan ikimərtəbəli evin dam örtüyü, tavanı və ev əşyaları ilə birlikdə bir otaq, ümumilikdə 111 kvadratmetr sahəsi tam olaraq yanıb. Hadisə yerinə iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib, 01:10 radələrində yanğın lokallaşdırılıb.

Yanğın baş verən evin sahibi bir neçə gün öncə kənd qəbiristanlığında 20-dək məzar daşını sındıraraq yararsız hala salan Firudin Babayevin oğludur. Hadisənin başvermə səbəbi aparılan ekspertizanın rəyindən sonra məlum olacaq.

Xatırladaq ki, F.Babayev Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR