İnsanlara hürriyət, millətlərə istiqlal!

“Forsaj” filminin aktyoru qəzada öldü

12887 01.12.2013 11:54 Hadisə A A
Amerikalı aktyor, məşhur "Forsaj" filmindən tanınan Pol Uoker Kaliforniyada avtomobil qəzası nəticəsində həlak olub. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə aktyorun rəsmi "Facebook" səhifəsi xəbər yayıb.

Məlumatda deyilir: "Biz böyük ürək ağrısı ilə təsdiq etməliyik ki, Pol Uoker bu gün yol qəzası nəticəsində həlak olub".

Avtoşouda iştirak etməyə gedən aktyor Santa-Klarita şəhərində qəzaya uğrayıb. Şounun məqsədi Filippindəki qasırğadan zərər çəkənlərə kömək üçün vəsait toplamaq olub.

Aktyorun rəsmi "Facebook" səhifəsində yazılır ki, P.Uoker dostunun idarə etdiyi avtomobilin sərnişini olub. Hadisə nəticəsində hər ikisi ölüb.

Qeyd edək ki, P.Uoker 1973-cü ildə Kaliforniya ştatının Qlendeyl şəhərində anadan olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR