İnsanlara hürriyət, millətlərə istiqlal!

Hacı Əliyev səhhəti ilə bağlı problemdən danışdı - FOTO

779 15.04.2024 21:51 İdman A A

Azərbaycanın 65 kiloqram çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçisi Hacı Əliyev səhhətində yaranan narahatlıqla bağlı məsələyə aydınlıq gəlib.

Bu barədə “İdman.biz”ə üçqat dünya və dördqat Avropa çempionunun özü məlumat verib.

Hacı Əliyev bildirib ki, hazırda gözünə düşən mikrobla bağlı müalicə işləri yekunlaşıb:

“Sadəcə tam sağalmağımı gözləyirəm. Hər iki dizimdə problem hələ qalır. 10 gün fizioterapiya olunacağam. Amma fiziki məşqlərimi davam etdirirəm. İki həftədən sonra milli komandaya qoşulacağam”.

Qeyd edək ki, Hacı Əliyev Bakıda keçirilən Avropa Olimpiya Təsnifat Turnirinin 1/8 finalında fransalı rəqibi Həmzət Arsamerzoyevlə görüşəndə qaşı partlayıb və tikişdən sonra gözünə mikrob düşüb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR