İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstana gedən yol yenə BAĞLANDI

926 24.04.2024 10:41 Son xəbər A A

Gecə saatlarından etibarən Kirantsdan Gürcüstana gedən yol bağlanıb. Artıq 5 gündür ki, vətəndaşlar burada gecələyirlər.

Musavat.com bildirir ki, bu barədə erməni mediası xəbər yayıb.

Bildirilir ki, dünən axşam saatlarında Tavuş vilayətinin Baqrataşen yolunda "qırmızı berelilər" güc tətbiq edərək yolu bağlayan vətəndaşları, o cümlədən ehtiyatda olan polkovnik Mihran Mahsudyanı saxlayıblar. Sonuncu yaralanıb və xəstəxanaya aparılıb.

Gecə yarısı politoloq Suren Petrosyandan başqa bütün məhbuslar buraxılıb. O, bu gün İrəvana gətirilib. Petrosyan barəsində “xuliqanlıq” maddəsi ilə cinayət işi açılıb. Görünür, eksperti İstintaq Komitəsinə aparıblar.

Məlumatda deyilir ki, aprelin 19-da Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası üzrə komissiyalar Tavuş vilayətindən sərhədin demarkasiyasına başlamaq barədə razılığa gəliblər. Sərhəd xəttinin bu hissələrinin təsviri yerində aparılan geodeziya ölçmələri nəticəsində alınacaq koordinatların dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib ediləcək. Bütün bunlar cari ilin mayın 15-dək tərəflər arasında razılaşdırılmalı və imzalanmalı olan müvafiq protokol təsvirində sənədləşdirilməlidir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR