İnsanlara hürriyət, millətlərə istiqlal!

Günün qəhrəmanı – Amerika dolları haqda hər şey

10551 24.02.2015 00:16 İqtisadiyyat A A


Son bir neçə gündür ölkəmizdə dollar ajiotajı yaşanır. Amerikanların pul vahidi öz dəyərini artırdığı üçün Azərbaycanda saysız-hesabsız iş yerləri böhran yaşayır, insanların gələcəklə, iş yerləri və dolanışıqla bağlı qayğıları artıb. Dollar, dollar, dollar... bütün müzakirələrin açar kəlməsi, insanların qayğılarının baş səbəbkarı. Nə zaman yaranıb, tarixin qatlarından necə, hansı fəlakətlərin müşayiəti ilə keçib? 

Dollar əskinasının görünüşü tarix və əfsanəvi hadisələrin paradoksal şəklidə qarışdırılması nəticəsində yaranmışdır. Əskinasların dizaynında bəzi elementlər çox vaxt mason və ya mifik simvollar kimi başa düşülür. Hansısa mənada bu iddialar haqlıdır. Belə ki, ABŞ-ın əsasını qoyanların əksəriyyəti mason olub və bu gün də Birləşmiş Ştatlarda mason lojaları müfəvvəqiyyətlə işlərini davam etdirirlər. Hazırda mövcud olan dollar əskinaslarının başlıca dizaynı 1928-ci ildə təsdiqlənib. Əskinaslarda ABŞ-ın dövlət xadimlərinin portretləri əks olunur:  ABŞ-ın birinci prezidenti Corc Vaşinqtonun portreti 1 dollarlıq əskinası, üçüncü prezident Tomas Cefferson 2 dollarlıq,  ABŞ-ın 16-cı prezidenti Şimal  Cənub müharibəsinin qalibi Abraam Linkoln 5 dollarlıq,  ABŞ-ın əsasını qoyanlardan olmuş və ilk maliyyə naziri Aleksandr Hamilton 10 dollarlıq, ABŞ-ın yeddinci prezidenti və müasir dolların yaradıcılarından olmuş Endrü Cekson 20 dollarlıq,  ABŞ-ın 18-ci prezidenti və vətəndaş müharibəsinin qəhrəmanı Uillis Qrant 50 dollarlıq,  alim, publisist və diplomat Benjamin Franklin 100 dollarlıq əskinasda əks olunub.



Vaxtilə buraxılmış 10 minlik əskinas üzərində isə Linkoln dövründə maliyyə naziri və sonradan Ali Məhkəmənin rəhbəri olmuş Selmon Ceyz Amerika pulları üzərində “Biz Tanrıya inanırıq” yazısının dərc edilməsi qərarını vermişdi. Bu kəlmə ilk dəfə 1864-cü ildə 2 sentlik sikkələr üzərində, 1957-ci ildə ilk dəfə kağız əskinaslar üzərində həkk edilməyə başlamışdır. 1963-cü ildən bəri isə daimi olaraq istifadə olunmağa başlanıldı.


1864-cü ildə ABŞ Konqresinin qəbul etdiyi qanuna əsasən Amerika valyutası üzərində sağ olan bir şəxsin portretinin dərc edilməsi qadağan edildi. Bu qanun maraqlı bir tarixi hadisə ilə əlaqələnir: məsələ bunda idi ki, dollar istehsalı ilə məşğul olmağa ilk dəfə olaraq başlamış Valyuta Bürosunun rəhbəri Spenser Klark 5 sent məbləğində olan əskinaslara öz portretini həkk etdirmişdi. Əslində bu təcrübə bir o qədər də qeyri-adi görünməzdi. Belə ki, artıq əskinaslar üzərində fəaliyyətdə olan məmur Ceyzin portreti dərc edilmişdi. Məsələ isə bunda idi ki, tezliklə Klarkın adı əxlaqsızlıq fəaliyyətlərində hallanmağa başlayır. Belə olunca, Amerika dollarını çirkinlikdən mühafizə etmək üçün Konqres belə bir qanunu qəbul edir.
Əskinasın əks üzündə isə ABŞ tarixini əks etdirən və ölkənin simvolu hesab olunan tarixi məkanlar təsvir edilib. Kifayət qədər az rast gəlinən 2 dollarlıq əskinaslarda Müstəqillik Deklarasiyasını imzalayan qəhrəmanların birgə durduğu məkan, 5 dollarlıq əskinaslarda Linkolnun Vaşinqtonda yerləşən Memorialı, 10 dollarlıqda ABŞ Maliyyə Nazirliyinin binası, 20 dollarlıqda Ağ Ev, 50 dollarlıqda Kapitoliy, 100 dollarlıq əskinasda isə ABŞ Müstəqillik Bəyannaməsinin imzalandığı “İndependens Holl” (İstiqlal Qülləsi) təsvir edilib.
 Bütün dollar əskinasları ABŞ maliyyəsinə cavabdeh olan məmurların imzasının tam surəti ilə əks etdiriliblər. Əvvəllər bu imzalar real insanların həqiqi imzaları olurdu. 


Dollar əskinaslarının niyə yaşıl rəngdə olması haqqında ətraflı məlumat yoxdur. 1929-cu ilə qədər dollar əskinaslarının hazırlanmasında müxtəlif rənglərdən istifadə olunurdu. Yalnız 1929-cu ildən isə bütün əskinasın yaşıl rənglə boyadılması qərarlaşdırılmışdı. Yaşıl boyalar kifayət qədər ucuz olurdu və yaşıl rəng psixoloji cəhətdən pullara etimad gətirir və optimizm hissini artırırdı. Son illərdə dollar əskinaslarında yenidən sarı və çəhrayı rəng çalarları meydana gəlməyə başlayıb. 


Dolların yaranması 1500-cü illərə və sərhədləri Çex Respublikasına gedib çatan bir imperiyaya qədər uzanır. Avropada o illərdə gümüş dəbdə idi. Almaniya, Avstriya və Çexiya pul vahidlərini qızıl sikkədən gümüş sikkəyə çevirmişdi.

Qızıl gümüşdən daha dəyərli olduğu üçün, eyni dəyərə malik olması üçün gümüş sikkələr qızıl sikkələrdən daha böyük istehsal edilirdi. Hollandiyalılar "daaler", Slovenlər "tolar", Eritreyalılar "tallero", İngilislər isə "dollara" (dollar) adını verdi.

Hazırladı Sevinc 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR