İnsanlara hürriyət, millətlərə istiqlal!

Günün fotosu: “Gəlmiş hüzuruna bir qarabağlı...”

4734 05.10.2023 11:11 Foto fakt A A

Bu şəkil bu günlərdə Bakıda çəkilib. Şəkildəki 3 adamdan ikisini tanımırsınız, onlar naməlum cəngavərlərdir. Amma biri bu sətirləri oxuyan hər kəsə tanışdır.

O, bir zamanlar bizə meydan oxuyan düşməndir - Qarabağ separatçılarının növbəti, axırdan əvvəlki başçısı Araik Arutyunyan.

Bu şəkilə baxanda adamın yadına ölməz şairimiz Mikayıl Müşviqin məşhur misraları düşür:

“Gəlmiş hüzuruna bir qaradağlı,
Bir qara qulundur, qolları bağlı”.

Burada, sadəcə, bir hərfi dəyişdirəndə, “qaraDağlı” sözü “qaraBağlı” olur və Araikin durumuna düz gəllir.

Onun fərmanı hələ 3 il öncə bu günlərdə verilmişdi: əvvəl-axır ya vurulacaqdı, ya tutulacaqdı. Koçaryan və Sarkisyan kimi canını salamat qurtarıb qaçmaq imkanı da vardı, amma hiss olunur ki, bunu dərk edəcək ağlı olmayıb.

“Gəncə mənim əmrimlə vurulub” deyə telekamera qarşısında qalib ədasıyla ağız-burun jesti edən adamın mühakiməsi uzun-uzadı çəkməməlidir, əslində. O, öz ittihamnaməsini özü oxuyub.

Heç sonra məhkəmədə “mənə ibtidai istintaqda təzyiq olunub, özümə qarşı ifadəni işgəncə altında vermişəm” deyə də bilməyəcək. O, öz ifadəsini 3 il öncə bu günlərdə verib. Hökmünü də alacaq.

1cf1697a-d398-497d-9855-fafc83e719ca.jpg (74 KB)

Quldurbaşının bu halı isə çox ibrətamizdir. Bəlkə də milyonuncu dəfə təsdiq olunur ki, adam gərək dayı himayəsinə güvənib başından böyük sözlər danışmasın, bəd əməllər törətməsin. Gün gəlir, adamın qolunu qandallayıb hüzura gətirirlər və deyirlər: “İndi cavab ver”.

Bizim xalqın belə durumlar üçün söylədiyi ritorik bir ifadə var, deyirlər: “Allah bu günü düşmənimə də qismət eləməsin”.

Amma Araik və onun qoluqandallı dəstəsinin üzvləri o düşmənlərdən deyil. Biz bunların bu gününü görməyi çox arzulamışdıq. Çünki, şair Müşviqin sözü ilə desək, sinəmizə çox hicran dağı çəkiblər. Bunlar irz-namus düşmənləridir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR