İnsanlara hürriyət, millətlərə istiqlal!

Seyran Səxavət: “İndi müxalifətin özünü meydana çıxaran lazımdır”

3887 04.03.2015 08:45 Gündəm A A

Hər kəs azad olmaq istəyir, amma azadlıq üçün küçəyə çıxmır. Yəni istəməklə istəməyə cəhd arasında ciddi fərq var. Xalq bu müşahidəçi statusu ilə demək istəyir ki, ”mənim potensialım yoxdur, yuxarıdan həll edəcəklər". Bu gün hökumət ən ağlasığmaz bir qərar versə də, yenə etiraz dalğası olmayacaq".

S.Cəlaloğlu bu halda yükün müxalifətin üzərinə düşməsində də yanlışlıq görür: “Müxalifətin sosial-iqtisadi məsələlərdə özünü qabağa verməsi zəifləməsinə gətirib çıxarıb. Bizim qabağa çıxmağımız uduzmağımızın səbəbidir. Əslində xalqların sosial-iqtisadi problemlərini həmkarlar ittifaqları həll edir, vətəndaş cəmiyyəti institutları fəallıq nümayiş etdirir. Azərbaycanda müxalifət partiyaları bunu öz üzərinə götürməklə uduzub”.


O, Milli Şuranın 15 mart mitinqini siyasi cəhətdən bəhrələnmək kimi qiymətləndirir: “Xalq özü küçələrə çıxsaydı daha yaxşı olardı. Ancaq Milli Şura öz fəallarını çıxaracaq. Onda belə görünəcək ki, əhalidə kütləvi narazılıq yoxdur. Yəni mitinqə gələn bizim elektoratdır. Kimsə deməyəcək maaş, kredit problemi olanlar gəlib. Əslində manatın devalvasiyası mərhələli şəkildə olmalı idi. Milli valyutanı uzunmüddətli saxlamaq yanlış idi. Ancaq düşünürəm ki, kreditlərin ödənişində yeni normaların qəbulunu, qiymətlərə nəzarət nəticəsində insanlar manatın kursunun aşağı düşməsini hiss etməyəcək”.


2 aprel aksiyasına görə həbs olunmuş sabiq vicdan məhbusu, müsavatçı Tural Abbaslı isə düşünür ki, xalq heç də pis güzəranla barışmır. Onun dediyinə görə, insanlar ayrı-ayrı yerlərdə, sosial şəbəkələrdə, bir-biri ilə müzakirələrdə narazılıq edir: “Xalq vəziyyətlə barışa bilməz. Çünki dolanışığı çətinləşir, övladlarına baxa bilmir. Sadəcə, müvəqqəti atəşkəs bağlayıb. Eyni zamanda xalq qarşısında bir lideri, qüvvəni görmür. Biz hər zaman xalqı passivlikdə qınayırıq. Amma nəzərə almırıq ki, insanların inamı itib. Müxalifət partiyaları artıq nəinki bir-birini, öz daxilində özlərini qırmaqla diqqət çəkir. Xalqın bu halda inamı sarsılır”.

 #a#

T.Abbaslı hakimiyyətin qiymət artımına kortəbii getmədiyini fikirləşir: “Hökumət siqaretin qiyməti ilə bağlı ciddi narazılığı gördü və inzibati yolla aşağı saldı. Bu da yetimin papağını başından götürüb təkrar başına qoymaqdır. Bu cür spekulyasiya ilə xalqın qəzəbini, ehtirasını soyuda bilir. Əgər kütləvi aksiyalar keçirilməsə, manatın vurduğu zərbənin insanlara necə təsir etdiyini gündəmdə davamlı saxlamasaq, xalq bu vəziyyətlə də tədricən barışacaq”.
Yazıçı Seyran Səxavətin fikrincə, xalqı müxalifət meydana çıxarmalıdır: “Ancaq indi müxalifətin özünü meydana çıxaran lazımdır. Hələ ki bir-birini qırmaqla məşğuldurlar. Yeni heç nə olmadığı üçün adam danışmaq da istəmir. Sözə heyf olur. Ona görə də yeni şərait olmalıdır ki, nə isə deyəsən”. 


S.Səxavət xalqın etiraz etməməsini belə izah edir: “Bu gün dünyanın hər yerində gedən iqtisadi proseslərdir ki, bizə də təsir edib. Görünür, xalq da bunu bilir, başını aşağı salıb işini görür. Əslində bizdə hələ çox gecikib, dünyanın hər nöqtəsində iqtisadi böhrandır. Dünya vahid orqanizmdir, ayrı-ayrı şəkildə idarə olunur”. 

Emil SALAMOĞLU


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR